Əkinçilik ET İnstitutunda dissertasiya işinin müzakirəsi keçirildi

20.07.2018 tarixində Əkinçilik ET İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclasında “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin böyük elmi işçisi Zamanova Rəhminə Məməş qızının 31.03.07 - “Bitkiçilik” ixtisasında aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müzakirəsi keçirildi. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai sədrlik etdiyi Elmi şuranın iclasını açıq elan edərək, giriş nitqi ilə çıxış etdi. Sonra C.Təlai sözü müdafiə edən Rəhminə Zamanovaya verdi. “Mineral və üzvi gübrələrin fonunda yem çuğundurunun məhsuldarlığına fizioloji aktiv maddənin təsiri” mövzusu üzrə çıxış edən R.Zamanovanın təqdimatı maraqla dinlənildi. Çıxışdan sonra “Bitki seleksiyası” şöbəsinin müdiri Abidin Abdullayev, “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin müdiri Tofiq Allahverdiyev, “Dənin keyfiyyəti” laboratoriyasının müdiri Qətibə Həsənova və laboratoriyanın aparıcı elmi işçisi Seyfulla Hüseynov, “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi Etibar İbrahimov və başqaları müdafiə edənə dissertasiya mövzusu üzrə suallar verdilər. Daha sonra Rəhminə Zamanovanın müdafiə etdiyi dissertasiyanın elmi rəhbəri, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun “Fiziologiya” laboratoriyasının müdiri, a.e.ü.e.d., professor Maarif Yusifov dissertasiya işi haqqında öz müsbət fikirlərini bildirdi. Mövzu ətrafında elmi  müzakirələr aparıldı və tövsiyələr verildi. Elmi şuranın işi müvəffəqiyyətlə başa çatdı.  

 


Əkinçilik ET İnstitutunda dissertasiya işinin müzakirəsi keçirildi Əkinçilik ET İnstitutunda dissertasiya işinin müzakirəsi keçirildi Əkinçilik ET İnstitutunda dissertasiya işinin müzakirəsi keçirildi Əkinçilik ET İnstitutunda dissertasiya işinin müzakirəsi keçirildi