Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşlarının Əkinçilik İnstitutunun təcrübə sahələrinə monitorinqi

20.07.2018-ci il tarixində Kənd Təsərrfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktorunun 1-ci müavini Eldar Kosayev və AEİMM-in şöbə müdiri Şükür Əhmədov Əkinçilik Elmi Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında yerləşən təcrübə sahəsinə baxış keçirdilər. İlk növbədə “Yem bitkilərinin genofondunun yaradılması, stress amillərinə davamlı, keyfiyyətli və məhsuldar formaların seçilməsi, yeni sortların yaradılması, ilkin toxumçuluğun təşkili və tətbiqi” mövzusunda qoyulan yonca təcrübələrinə baxış keçirildi.  Mövzuda icraçı olan Əkinçilik  ET İnstitunun İstehsalat üzrə direktor müavini A.Zamanov görülən işlər barədə geniş məlumat verərək, son dövrlər yaradılan sortları qeyd etdi. Daha sonra manitorinq qrupu “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin “Azərbaycan Respublikası şəraitində dənli və yeni bitkilərin becərilməsinin torpaq münbitliyinin idarə olunmasının elmi və praktiki əsaslarının öyrənilməsi” mövzusunda qoymuş təcrübə haqqında şöbənin elmi işçisi Zahidə Abdullayeva təcrübə haqqında geniş məlumat verərək 3 tarlalı (buğda, soya, qarğıdalı) növbəli əkin sisteminin fasiləsiz əkinlə müqaisəli şəkildə şərh etdi və növbəli əkin sisteminin üstünlüklərini qeyd etdi. Manitorinq qrupu instititun təcrübə sahələrində toplanmış dənli və dənli-paxlalı bitkilərin dərzlərinin döyülməsi ilə tanış oldu. Baxışın sonunda nümayəndələr “Qarğıdalı proqramı” üçün qoyulmuş təcrübəyə, “Bitki Seleksiyası”  şöbəsinin buğda bitkisinin yaravizasiya müddətinin öyrənilməsinə, eyni zamanda “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının yem bitkilərindən ibarət təcrübə sahələrinə baxış keçirdilər. Hər bir təcrübə sahəsində müvafiq icraçılar təcrübənin məqsədi və gözlənilən nəticələr haqqında məlumat verdi.


Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin  əməkdaşlarının Əkinçilik İnstitutunun təcrübə sahələrinə monitorinqi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin  əməkdaşlarının Əkinçilik İnstitutunun təcrübə sahələrinə monitorinqi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin  əməkdaşlarının Əkinçilik İnstitutunun təcrübə sahələrinə monitorinqi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin  əməkdaşlarının Əkinçilik İnstitutunun təcrübə sahələrinə monitorinqi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin  əməkdaşlarının Əkinçilik İnstitutunun təcrübə sahələrinə monitorinqi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin  əməkdaşlarının Əkinçilik İnstitutunun təcrübə sahələrinə monitorinqi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin  əməkdaşlarının Əkinçilik İnstitutunun təcrübə sahələrinə monitorinqi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin  əməkdaşlarının Əkinçilik İnstitutunun təcrübə sahələrinə monitorinqi