ADAU-da “Aqrar elm sahəsində innovativ yönümlü tədqiqatlar və nəticələrin kənd təsərrüfatında tətbiqi” mövzusunda seminar keçirilmişdir

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kənd Təsərrüfatı Bitki və Heyvanlarının Genetikası və Seleksiyası Problemləri üzrə Elmi Şurasının və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində (Gəncə ş.) “Aqrar elm sahəsində innovativ yönümlü tədqiqatlar və nəticələrin kənd təsərrüfatında tətbiqi” mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov seminar iştirakçılarını salamlayıb və bu səpkidə keçirilən tədbirlərin elm və təhsilin inteqrasiyasının, AMEA-nın, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin strukturuna daxil olan müvafiq elmi-tədqiqat institutları və ADAU arasında daha sıx əməkdaşlığın aqrar tədqiqatlar sahəsində innovativ bilgilərin əldə edilməsində, yüksək ixtisaslı gənc kadrların hazırlanmasında müstəsna rol oynayacağını qeyd edib. 
Seminarın açıq elan olunmasından sonra “Kənd Təsərrüfatı Bitki və Heyvanlarının Genetikası və Seleksiyası Problemləri üzrə Elmi Şura”nın sədri, AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov  ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından kənd təsərrüfatının ölkə iqtisadiyyatının əsas strateji sahələrindən biri olduğunu bildirib. O, sahənin inkişafının yalnız ən müasir səviyyədə innovativ yönümlü elmi tədqiqatların aparılması və əldə edilən elmi nəticələrin intensiv tətbiqinə nail olunması ilə mümkün ola biləcəyini vurğulayıb. Sonra Zeynal Əkpərov Azərbaycan Respublikası Prezidenti tərəfindən aqrar elm və təhsil sistemi qarşı¬sında qoyulmuş tələblər, müasir dövrün çağırışları haqqında danışıb. O, tədqiqatların daha yüksək səviyyədə istiqamətləndirilməsi və koordinasiyasının vacibliyinə diqqət çəkdi. 
Tədbirin proqramına uyğun olaraq Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Aqrar elmi tədqiqatlardan alınmış nəticələr və innovasiyaların kənd təsərrüfatında tətbiqi” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin təşkilati strukturu və onun tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əhatə etdiyi araşdırmaların əsas strateji istiqamətləri və tədqiqat prioritetləri, prioritet bitkilər, innovasiyaların inkişafı, onu şərtləndirən amillər, qabaqcıl texnologiyaların təsərrüfatlara transfer olunması haqqında danışıb. Daha sonra C.Təlai öz təqdimatında konkret elmi-istehsalat xarakterli layihələrin və innovativ klasterlərin həyata keçirilməsi üçün “İnnovativ texnologiyalar aqroparkının” yaradılmasının zəruriliyinə diqqət çəkərək elmi-tədqiqat və təhsil müəssisələri arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq və keyfiyyətli xidmətin təmin olunmasına istiqamətlənmiş innovativ konsorsiumlarının və biznes inkubasiya mərkəzlərinin inkişaf etdirilməsinə, elmi-tədqiqat institutları ilə təhsil müəssisələri arasındakı əlaqələrdə mövcud boşluqlara və eləcə də aidiyyəti üzrə digər məsələlərə geniş yer verib. 
Tədbirin sonunda ADAU, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və AMEA Gəncə Bölməsinin tədqiqat müəssisələrinin doktorant və dissertantlarının dissertasiya mövzuları müzakirə edilib və tədqiqat işlərinin icrası ilə bağlı zəruri tövsiyələr verilib.


ADAU-da “Aqrar elm sahəsində innovativ yönümlü tədqiqatlar və nəticələrin kənd təsərrüfatında tətbiqi” mövzusunda seminar keçirilmişdir ADAU-da “Aqrar elm sahəsində innovativ yönümlü tədqiqatlar və nəticələrin kənd təsərrüfatında tətbiqi” mövzusunda seminar keçirilmişdir ADAU-da “Aqrar elm sahəsində innovativ yönümlü tədqiqatlar və nəticələrin kənd təsərrüfatında tətbiqi” mövzusunda seminar keçirilmişdir ADAU-da “Aqrar elm sahəsində innovativ yönümlü tədqiqatlar və nəticələrin kənd təsərrüfatında tətbiqi” mövzusunda seminar keçirilmişdir