Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında keçirilən təlim seminarında iştirak etdi

3-23 iyul 2018-ci il tarixlərində Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı, “Torpaq və bitki analizləri” laboratoriyasının aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru İbrahimov Əli Həsən oğlu Çin Xalq Respublikasında “Torpaq və gübrələrdən kompleks istifadə və idarəetmə mövzusunda” keçirilən təlim seminarında iştirak etdi. Pekin şəhərində keçirilən seminarda Azərbaycanla yanaşı  11 ölkədən  olan nümayəndələr də iştirak edirdi. Təlim-seminar Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi nəzdindəki İqtisadi Ticarət Müşavirliyi, ÇXR-nın Kənd Təsərrüfatı və Kəndlərlə İş Nazirliyi (Ministry of Agriculture and Rural Affairs, P.R.China), ÇXR-nın Milli Aqro-Texnoloji Yayım və Xidmət Mərkəzi (National Agro-Tech Extension and Service Center) ilə Azərbaycan höküməti arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində təşkil olunmuşdur. Seminar mühazirələrdən, birbaşa təcrübə sahələrində təlim və müzakirələrdən təşkil olunmuşdur. Mühazirələr ÇXR-da kənd təsərrüfatının inkişafı, torpaq və gübrələrdən istifadənin tarixi və müasir vəziyyəti, torpaq və gübrələrdən istifadəyə nəzarət edən dövlət agentliklərinin funksiyaları və vəzifələri, milli fondların proyektləri və digər mövzuları əhatə edirdi. Təlimin proqramına uyğun olaraq Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına, Pekin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Akademiyasına, Çin Milli Gen Bankına, Çin Kənd Təsərrüfatı Muzeyinə, müasir texnologiyaların tətbiq olunduğu və yüksək məhsul əldə olunan qabaqcıl fermer təsərrüfatları ilə tanışlıq məqsədi ilə səfərlər təşkil olunmuşdur.

Həmçinin Xenan, Hebey və Tyanzin əyalətlərinə səfərlər də təşkil olunmuşdur ki, burada meyvəçilik, tərəvəzçilik, buğda və qarğıdalı istehsalı üzrə ixtisaslaşmış qabaqcıl fermer təsərrüfatları ilə tanışlıq olduq. Burada fermerlərə dövlət dəstəyinin formaları və şərtləri, fermer kooperativlərinin fəaliyyəti, müasir texnologiyaların tətbiqi, elmi-tədqiqat institutları ilə birgə fəaliyyət mexanizmləri barədə geniş məlumat verildi.  

Təlimdə İbrahimov Əli “Azərbaycanda kənd təsərrüfatı və gələcək inkişaf istiqamətləri” mövzusunda təqdimatla çıxış etdi. Keçirilən görüşlərdə Əkinçilik Elmi-tədqiqat İnstitutu ilə Çin Kənd Təsərrüfatı Elmləri Akademiyası arasında doktorantura təhsil pilləsi üzrə təhsil alma, qısa müddətli ixtisasartırma kurslarının təşkili, birgə layihələrin işlənməsi barədə fikir mübadiləsi aparıldı. Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasının Bitkiçilik İnstitutunun direktor müavini professor Luxiang Liu ilə keçirilən görüşdə O, Azərbaycana etdiyi səfəri xatırlatdı. Azərbaycanın güclənən iqtisadiyyatı gələcəkdə kənd təsərrüfatının inkişafına böyük töhvə verəcəyini bildirdi. Görüşdə qarşlılıqlı elmi əməkdaşlıq barəsində fikir mübadiləsi aparıldı.


Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında keçirilən təlim seminarında iştirak etdi Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında keçirilən təlim seminarında iştirak etdi Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında keçirilən təlim seminarında iştirak etdi Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında keçirilən təlim seminarında iştirak etdi Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında keçirilən təlim seminarında iştirak etdi