Əkinçilik ET İnstitutunun əməkdaşları İran İslam Respublikasında keçirilən təlim seminarında iştirak etdilər

30.07–05.08 2018-ci il tarixlərində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin kiçik elmi işçiləri İslamzadə Tarıverdi və Hüseyn Feyzullayev İran İslam Respublikasının Rəşt şəhərində “Rice Molecular Breeding Course” (Çəltiyin Molekulyar Seleksiyası Kursu) mövzusunda keçirilən təlimdə iştirak etdilər. Tədbirdə Azərbaycanla yanaşı Türkiyə, Hindistan, Qazaxstan və İraqdan olan nümayəndələr də iştirak etmişlər. Təlimdə “Çəltik yetişdirilmə proqramlarının əsasları”, “Ənənəvi yetişdirmə üsulları”, “DNT ekstraksiya”, “Genetik müxtəliflik və tozlama üsulları”, “Molekulyar markerlər: texnika və metodlar”, “QTL proqram təminatı”, “Molekulyar seleksiya proqramında dən keyfiyyətinin yüksəldilməsi”, ”Gen ekspresiyası”, ”Ətraf mühitin stres amillərinə qarşı davamlı molekulyar üsullarla yetişdirilməsi” və s. mövzularda mühazirələr dinlənilmiş və təlimlər keçirilmişdir. T.İslamzadə və H.Feyzullayev Central and West Asian Rice Center (CWARice) (Mərkəzi və Qərbi Asiya Çəltik Mərkəzi) və Agricultural Biotechnology Research İnstitute of Iran (İran Kənd Təsərrüfatı Biotexnologiya Tədqiqat İnstitutu) laboratoriyalarında olmuşlar və orada aparılan tədqiqatlarda yaxından iştirak etməklə praktiki tapşırıqları müvəfəqiyyətlə yerinə yetirmişlər. T.İslamzadə seminarda  “Azərbaycan, onun kənd təsərrüfatı, elm və təhsili” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimat seminar iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Bununla yanaşı onlar təlim aparan mütəxəssis və müəllim heyəti, digər ölkələrdən olan seminar iştirakçıları  ilə yaxın ünsiyyət qurmuş və onlarla Əkinçilik ET İnstitutu arasında əməkdaşlığın gələcək perspektivlərini müzakirə edilmişdir. Tədbirin sonunda əməkdaşlarımıza təlim seminarda fəal iştiraklarına görə sertifikat təqdim edilmişdir.

 


 Əkinçilik ET İnstitutunun əməkdaşları İran İslam Respublikasında keçirilən təlim seminarında iştirak etdilər  Əkinçilik ET İnstitutunun əməkdaşları İran İslam Respublikasında keçirilən təlim seminarında iştirak etdilər  Əkinçilik ET İnstitutunun əməkdaşları İran İslam Respublikasında keçirilən təlim seminarında iştirak etdilər  Əkinçilik ET İnstitutunun əməkdaşları İran İslam Respublikasında keçirilən təlim seminarında iştirak etdilər  Əkinçilik ET İnstitutunun əməkdaşları İran İslam Respublikasında keçirilən təlim seminarında iştirak etdilər  Əkinçilik ET İnstitutunun əməkdaşları İran İslam Respublikasında keçirilən təlim seminarında iştirak etdilər