Dünya Bankının nümayəndələri Əkinçilik ET İnstitutuna səfər etdi

Cari ilin 12 sentyabr tarixində Dünya Bankının xüsusi sektor üzrə böyük mütəxəssisi cənab Avqustin Sanqson və Dünya Bankının Moldova Ofisinin nümayəndəsi xanım Feliçiya Prikop Əkinçilik ET İnstitutunda səfərdə oldular.

Görüş zamanı qonaqlara institutun tarixi, tədqiqat prioritetləri, mandatına daxil olan bitkilər, qarşıda duran vəzifələr və sairə haqqında ətraflı məlumat verildi. Qonaqlara respublikada ərzaq təhlükəsizliyi baxımından toxumçuluğun hazırki vəziyyəti, gələcək perspektivləri, toxum istehsalı və emalında innovativ üsullardan istifadə, respublikanın rəngarəng aqroekoloji bölgələrində müxtəlif biotik və abiotik təsirlər şəraitində dənli, dənli-paxlalı və yem bitkilərinin tədqiq edilməsi və sairəyə dair məlumatlar da verildi. Görüşdə toxumçuluq və onun aqrotexniki təminat məsələləri, biotexnoloji üsullarla toxum alınması, toxumlardan istifadə və sairə məsələlər geniş müzakirə olundu.         


Dünya Bankının nümayəndələri Əkinçilik ET İnstitutuna səfər etdi Dünya Bankının nümayəndələri Əkinçilik ET İnstitutuna səfər etdi Dünya Bankının nümayəndələri Əkinçilik ET İnstitutuna səfər etdi