Əkinçilik Elmi Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasında regional müşavirə keçirildi

15 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nazarəti Üzrə Dövlət Xidməti Əkinçilik Elmi Tədqiqat İnstitutunun Zaqatala BTS-də “Yeni istifadəyə verilmiş toxumtəmizləmə qurğuları ilə  taxıl toxumunun təmizlənməsi, dərmanlanması və qablaşdırılması”na həsr olunmuş regional müşavirə keçirtdi.

Müşavirədə ətraf rayonların 60-a qədər toxumçu fermeri iştirak edirdi. Müşavirəni giriş sözü ilə Bitki Sortlarının Qeydiyyat və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov açaraq iştirakçıları salamladı və “Respublikada toxumçuluğun inkişafında innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Sonra “Yüksək reproduksiyalı dənli və dənli-paxlalı bitki toxumlarının istehsalı” mövzusunda Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov, “Yeni yüksək məhsuldar sortların ilkin toxumçuluğunun təşkili”  mövzusunda BTS-in direktoru Nəbi Kərimov, “Toxumçuluq təsərrüfatlarının standartlara uyğun toxum istehasalı” mövzusunda isə  Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri Qərib Novruzovlu çıxış etdilər.

Müşavirənin sonunda Zaqatala  BTS-də  quraşdırılmış innovativ toxum təmizləmə, dərmanlama və sınaq prosesi ilə əyani tanışlıq oldu. Müşavirədə toxumçuluq sisteminin yeni innovativ qaydalarla təşkil edilməsindən, onun əhəmiyyətindən və bu sistemə dövlət qayğısından ətraflı müzakirələr aparıldı. Müşavirə öz işini yüksək səviyyədə başa vurdu.

 


Əkinçilik Elmi Tədqiqat İnstitutunun Zaqatala  Bölgə Təcrübə Stansiyasında regional müşavirə keçirildi Əkinçilik Elmi Tədqiqat İnstitutunun Zaqatala  Bölgə Təcrübə Stansiyasında regional müşavirə keçirildi Əkinçilik Elmi Tədqiqat İnstitutunun Zaqatala  Bölgə Təcrübə Stansiyasında regional müşavirə keçirildi Əkinçilik Elmi Tədqiqat İnstitutunun Zaqatala  Bölgə Təcrübə Stansiyasında regional müşavirə keçirildi Əkinçilik Elmi Tədqiqat İnstitutunun Zaqatala  Bölgə Təcrübə Stansiyasında regional müşavirə keçirildi Əkinçilik Elmi Tədqiqat İnstitutunun Zaqatala  Bölgə Təcrübə Stansiyasında regional müşavirə keçirildi