Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirildi

08 oktyabr 2018-ci il tarixində Bakıda Park İnn otelində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirildi. Əsası 2011-ci ildə İran İslam Respublikasının Rəşt Şəhərində qoyulmuş Mərkəzi və  Qərbi Asiya üzrə Çəltik Mərkəziregionun çəltik istehal sistemini iqlim dəyişikliyinə uyğunlaşdırmaqla əsas diqqəti çəltik istehsalını yaxşılaşdırmaq üçün tələb olunan yeni istehsal texnologiyalarına, eləcə də Mərkəzi və Qərbi Asiya regionu ölkələrində çəltikçilik sahəsində qabaqcıl tədqiqatların aparılmasına yönəltmişdir. Mərkəzin Texniki İdarəetmə Komitəsinin əvvəlki iclasları İranda, Türkiyədə və Qazaxıstanda keçirilmişdir. Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclasında 10 ölkənin, o cümlədən Azərbaycan nümayəndə heyəti ilə yanaşı, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Əfqanıstan, Hindistan və Rusiyanı təmsil edən nümayəndə heyətləri, həmçinin İran İslam Respublikasının kənd təsərrüfatı naziri, kənd təsərrüfatı tədqiqatı, təhsil və yayım təşkilatının baş direktoru cənab Kazım Xavazi, Məşvərət Şurasının Təhsil və Tədqiqat Komitəsinin vitse-prezidenti, parlamentin üzvü cənab Cabbar  Kouçeki Nezhad, Astaranın qubernatoru Nounes Ranjkesh və digərləri iştirak edirdilər.

İclası giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini cənab Seyfəddin Talıbov tədbir iştirakçılarını salamladıqdan sonra öz çıxışında çəltikçilik sahəsinin ölkə üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından strateji sahə olduğunu, son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan bu sahənin inkişafı, əhalinin düyüyə olan tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlərin görülməsi və müsbət nəticələrin əldə olunması, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın məqsəd və vəzifələri, çəltikçiliyin inkişafının əsas istiqamətləri, görüləcək institusional tədbirlər, elmi təminatın və kadr potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, dövlət dəstəyinin göstərilməsi haqqında ətraflı toxundu. Sonda tədbirin işinə uğurlar arzuladı.

Sonra söz Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin rəhbəri Abbas Şahdi Kumlehə verildi. O, mərkəzin Texniki İdarəetmə Komitəsinin üzvləri olan Azərbaycan, Əfqanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan gəlmiş nümayəndə heyətlərini, eləcə də İrandan, Hindistandan və Rusiyadan qonaq qismində iştirak edən nümayəndə heyətlərini də salamladı. O, Texniki İdarəetmə Komitəsinin 6-cı iclasının keçirilməsi üçün yaradılmış işgüzar şərait üçün Azərbaycan Respublikası hökumətinə, bu günkü tədbirin təşkilati işlərində göstərdiyi dəstəyə görə kənd təsərrüfatı naziri cənab İnam Kərimova öz dərin minnətdarlığını bildirdi. Abbas Şahdi çəltikçiliyin Mərkəzi və Qərbi Asiya regionunda əsas ərzaq bitkisinin oduğunu, regionda bu sahənin inkişafı ilə bağlı 2020 və 2035-ci illər üçün əsas hədəfləri, region ölkələr arasında bu sahədə elmi-texniki əməkdaşlığın gücləndirilməsi, Beynəlxalq Çəltik Tədqiqatları İnstitutunun və Texniki İdarəetmə Komitəsinin üzvləri tərəfindən təsdiqlənmiş 5 illik fəaliyyət proqramı, Texniki İdarəetmə Komitəsinin 6-cı iclasında 2018-2019-cu illər üçün planlaşdırılan və müzakirəyə çıxarılacaq məsələlər haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Abbas Şahdi çıxışında Kənd Təsərrüfat Nazirliyinə, onun əməkdaşlarına göstərilən maddi-texniki dəstəyə görə öz dərin minnətdarlığını bildirdi. O, Beynəlxalq Çəltik Tədqiqatları İnstitutunun baş direktoru Matheyn Morelin tədbir iştirakçılarına ünvanladığı təbrikini çatdırdı.

Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru Vüqar Babayev rəhbərlik etdiyi mərkəzin təşkilati strukturu, mərkəzin strukturuna daxil olan institutlarda aparılan elmi-tədqiqat işlərinin strateji və prioritet istiqamətləri, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan çəltikçilik sahəsinin əhəmiyyətindən, qəbul edilmiş Dövlət Proqramından və bu sahədə aparılan elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verdi.

Tədbirin proqramına uyğun olaraq Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin yaradılması və fəaliyyətinə dair qısa film nümayiş etdirildi.

Bu gün keçirilən iclasda digər çıxış edənlər İran İslam Respublikasının mərkəzin dəstəkləyici rolu, mərkəzin imkanlarına baxış və region ölkələri üçün üstünlükləri, göstərdiyi fəaliyyətin nəticələri, region ölkələrində çəltik sektorunda mövcud vəziyyət və digər məsələlərə toxundular.

Tədbirdə keçirilən plenar iclaslarda mərkəzin 5 illik fəaliyyət planına Beynəlxalq Çəltik Tədqiqatları İnstitutunun təklifləri, çəltik sənayesinin inkişafı üzrə Regional fondun yaradılması, Mərkəzi və Qərbi Asiyada elektron marketing sistemindən istifadə etməklə online düyü təchizatı, region ölkələri üzrə Çəltiyin Regional Müasir Mexanikləşdirmə şəbəkəsinin yaradılması, Çəltik üzrə milli regional festivalın keçirilməsi kimi məsələlər müzakirə edildi. Müzakirələrdə Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai yaxından iştirak etdi.

Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası öz işini oktyabrın 9-u və 10-u Lənkəran şəhərində davam etdirdi. Orada iclasın proqramına uyğun olaraq tədbir iştirakçıları Lənkəranda çəltik emalı müəssisələrinə baxış keçirdilər. Sonda Texniki İdarəetmə Komitəsinin 6-cı iclasının razılaşdırılmış yekun protokolunun imzalanması həyata keçdi.


Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirildi Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirildi Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirildi Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirildi Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirildi Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirildi Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirildi Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirildi Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin Texniki İdarəetmə Komitəsinin 6-cı iclası keçirildi