“Kənd təsərrüfatı istehsalatında elmi–texniki tərəqqinin aktual problemləri” mövzusu üzrə ümumrespublika elmi-praktiki konfransı keçirildi

Azərbaycan Respublikası  Kənd Təsərrüfat Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti “Aqromexanika” Elmi Tədqiqat institutunda 16-17 oktyabr  2018-ci tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin  100 illik  yubileyinə həsr olunmuş  “Kənd təsərrüfatı istehsalatında elmı –texniki tərəqqinin aktual problemləri ” mövzusu üzrə   ümumrespublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə institutun direktoru  t.f.d. professor Kamil Fətəliyev  açaraq qonaqları salamladı.  Sonra təbriklər  üçün İH-nin nümayəndəsi, ADAU-nun rektoru, AMEA- nın müxbir üzvü,  prof. İbrahim Cəfərov, AMEA-nın Gəncə bölməsinin akademik katibi  Fuad Əliyev çıxış etdilər. Sonra plenar məruzəçilər çıxış etdilər. Elmi-praktiki konfrans öz işini müxtəlif bölgələrdə davam etdirmişdir. Tədbirdə Əkinçilk Elmi Tədqiqat İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov iştirak etmişdir.

 


“Kənd təsərrüfatı istehsalatında elmi–texniki tərəqqinin aktual problemləri”  mövzusu üzrə  ümumrespublika elmi-praktiki konfransı keçirildi “Kənd təsərrüfatı istehsalatında elmi–texniki tərəqqinin aktual problemləri”  mövzusu üzrə  ümumrespublika elmi-praktiki konfransı keçirildi