Xaçmaz rayonunda regional müşavirə keçirildi

Azərbaycan Respublikası  Kənd Təsərrüfat Nazirliyi yanında bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə dövlət xidməti 18 oktyabr 2018-ci il tarixdə Xaçmaz rayonunda  “Toxumluq əkinlərdə səpinqabağı becərmə işləri və səpinin mütəşəkkil qaydada təşkili”nə həsr olunmuş regional müşavirə keçirmişdir.  Müşavirəni giriş sözü ilə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə dövlət xidmətinin rəisi İmran Cümşüdov açaraq “Respublikada toxumçuluğun inkişafında innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr” mövzusunda çıxış etdi.  Əkinçilik ET İnstitutunun  direktor müavini Atif  Zamanov “Toxumçuluğun elmi əsaslarla inkişafı”,  “Azərbaycan-Türkiyə Toxum Araşdırma Ortaq Müəssisəsi”nin  rəhbəri İmamhüseyn Şirinov  “Elit toxum istehsalında aqrotexniki qaydaların düzgün və vaxtında aparılması”  mövzusunda çıxış etdi. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri  Qərib Novruzlu  “Keyfiyyətli toxum istehsalında torpağın düzgün becərilməsinin, səpin normasının və müddətinin əhəmiyyəti” mövzusunda çıxış etdi. Sonra tarlada səpinqabağı becərmə işləri və səpin prosesi ilə əyani tanışlıq oldu və müzakirələr aparıldı.

 


Xaçmaz rayonunda  regional müşavirə keçirildi Xaçmaz rayonunda  regional müşavirə keçirildi Xaçmaz rayonunda  regional müşavirə keçirildi Xaçmaz rayonunda  regional müşavirə keçirildi