Əkinçilik ET İnstitutunun elmi əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkil etdiyi seminarda iştirak etdilər

08.11.2018 tarixində Əkinçilik ET İnstitutunda Elmin İnkişafı Fondunun “Aqrar tədqiqatlar” məqsədli qrant müsabiqəsində iştirak etmək ücün tələb olunan şərtlərin  öyrənilməsi və müzakirəsi məqsədilə toplantı keçirildi. Toplantını giriş sözü ilə açan, Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai bu kimi müsabiqələrin əhəmiyyətindən, məqsədindən və s. danışaraq qeyd etdi ki, 06 mart 2018-ci il tarixində Elmin İnkişafı Fondu vəAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Əməkdaşlıq Protokolu imzalanmışdır. Müsabiqə sahə elmi-tədqiqat institutlarının, institut və laboratoriyaların, digər uyğun strukturların elmi fəaliyyətini stimullaşdırmaq, modern elmi cihaz, avadanlıq və qurğularla təkmilləşdirmək, aqrar elmin ayrıca götürülmüş istiqamətlərinin inkişafını əlavə olaraq dəstəkləmək, kadr hazırlığını təmin etmək üçün adı çəkilən qurumlardan olan alim və yüksək ixtisaslı mütəxəssislərin müvəqqəti yaradılmış elmi-yaradıcı kollektivləri tərəfindən təqdim edilmiş müxtəlif xarakterli layihələrin qrantlar verilməsi yolu ilə maliyyələşdirilməsi məqsədilə keçirilir. Sonra o, sözü Elmin İnkişafı Fondunun təşkil etdiyi seminarda və aparılan diskusiyalarda iştirak etmiş elmi əməkdaşlara verdi. Həlimə Məmmədova və Könül Aslanova seminarda Fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri müsabiqəsində iştirak etmək qaydaları haqqında əldə etdikləri məlumatları institutun elmi kollektivinə ətraflı şəkildə izah edərək, bir sıra məsələlərə aydınlıq gətirdilər və bir cox sualları cavablandırdılar.


Əkinçilik ET İnstitutunun elmi əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkil etdiyi seminarda iştirak etdilər Əkinçilik ET İnstitutunun elmi əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkil etdiyi seminarda iştirak etdilər Əkinçilik ET İnstitutunun elmi əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkil etdiyi seminarda iştirak etdilər