Azərbaycan Dövlət Aqrar Universitetində Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirildi

30.11.2018 tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetik ehtiyatları” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.  

AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfransı giriş sözü ilə açaraq akademik Cəlal Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən tədbirlər barədə danışıb. O, həmcinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarından və müvafiq ali təhsil müəssisələrindən akademik Cəlal Əliyevin apardığı fundamental araşdırmaların və elmi nailiyyətlərin müxtəlif aspektlərinə həsr olunmuş yüzdən artıq məqalənin nəşr edilməsi üçün təqdim edildiyini bildirib.

Sonra Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov  Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor  Cəlal Əliyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında və s. əldə etdiyi elmi nailiyyətlərdən bəhs edib.

Konfransın plenar iclasında Əkinçilik Elmi-Tədiqiqat İnstitutunun direktoru Cavanşir Təlai, direktor müavini Şikar Əhmədov məruzələrlə çıxış ediblər. Cavanşir Təlai Akademik Cəlal Əliyevin Əkinçilik Elmi-Tədiqiqat İnstitutunun elmi və ictimai fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək, yaratdığı sortlardan, bitki fiziologiyası sahəsində əldə etdiyi nəticələrdən, apardığı çoxillik gərgin fundamental tədqiqatlar əsasında seleksiyanın yeni nəzəri, metodiki əsaslarının işlənib hazırlanmasından, kadr hazırlığı ilə bağlı məsələlərdən dünya elminə böyük töhfələr verməsindən danışıb.

Konfransın işi bölmələrdə davam edib və aqronomluq fakültəsində akademik Cəlal Əliyev adına Bitki fiziologiyası laboratoriyasına baxış keçirilib.

 

 


Azərbaycan Dövlət Aqrar Universitetində Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirildi   Azərbaycan Dövlət Aqrar Universitetində Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirildi   Azərbaycan Dövlət Aqrar Universitetində Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirildi   Azərbaycan Dövlət Aqrar Universitetində Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirildi   Azərbaycan Dövlət Aqrar Universitetində Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirildi