Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şərabçılıq və üzümçülüyə dair vebsaytının yenilənmış versiyasının təqdimatı keçirildi

04.12.2018 tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Alman əməkdaşlığının birgə təşkilatçılığı əsasında “JW Marriot Absheron Hotel” də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şərabçılıq və üzümçülüyə dair vebsaytının yenilənmış versiyasının təqdimatına həsr olunmuş tədbir keçirildi.

Tədbirdə müvafiq təşkilatların nümayəndələri və Əkinçilik ET İnstitutunun İnformasiya  təminatı və elmi nəticələrin tətbiqi  şöbəsinin müdiri Pərvanə Məmmədova, baş mütəxəssis Güllü Əliyeva və Nailə Əhmədova iştirak edirdilər.

KTN, KT Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti rəisinin müavini Namiq Məmmədov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Tariyel Pənahov, AEİM əməkdaşı Samir Süleymanov, GİZ-in ölkə üzrə rəhbəri xanım Sonia Fontaine, Üzümçülük və Şərabçılıq ET İnstitutunun aparıcı elmi işçisi Mövlud Hüseynov şərabçılıq və üzümçülüyə dair vebsaytın yenilənmış versiyasına dair fikirlərini bölüşdülər, onun aktuallığından, rolundan, əhəmiyyətindən danışaraq məmnunluqlarını bildirdilər.

Sonda vebsaytın yenilənmış versiyasının ərsəyə gəlməsində əməyi olan hər bir kəsə təşəkkür bildirildi.


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şərabçılıq və üzümçülüyə dair vebsaytının yenilənmış versiyasının təqdimatı keçirildi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şərabçılıq və üzümçülüyə dair vebsaytının yenilənmış versiyasının təqdimatı keçirildi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şərabçılıq və üzümçülüyə dair vebsaytının yenilənmış versiyasının təqdimatı keçirildi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şərabçılıq və üzümçülüyə dair vebsaytının yenilənmış versiyasının təqdimatı keçirildi