Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin illik geniş hesabatının təqdimatı keçirildi

07.01.2019 tarixində Əkinçilik ET İnstitutu Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin illik geniş hesabatının təqdimatı keçirildi. Şöbənin müdiri  a.e.ü.f.d., dosent Məzahir Rzayev iki mövzuya dair yeddi iş üzərində tədqiqat aparıldığını bildirdi və bu barədə ətraflı məlumat verdi. Sonra söz şöbənin” aparıcı elmi işçisi, a.e.ü.f.d. Zahidə Abdullayevaya verildi. O, "Dənli və cərgəarası becərilən bitkilərdən ibarət qısa rotasiyalı növbəli və fasiləsiz əkinlərin torpağın alaqlanma dərəcəsi, bəzi münbitlik elementləri və bitkilərin məhsuldarlığına təsirinin tədqiq edilməsi" mövzusunda təqdimatla cıxış etdi. Nəriman Seyidov "Qarabağ düzənliyi şəraitində tirəli səpinlərdə və digər vəsaitə qənaətedici texnologiyalarda yeni intensive taxıl sortlarının öyrənilməsi" aparıcı elmi işçisi, b.ü.f.d. Bəhlul Abbasov "Şəki-Zaqatala bölgəsində keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı, yüksək məhsuldar tütün sortlarının yaradılması", b.ü.f.d., dosent Nizami Hümbətov “Azərbaycanın dəmyə və suvarma bölgələrində torpaqların əsas hidrofiziki xarakteristikalarının qiymətləndirilməsi”, b.e.i. Rəhminə Zamanova “Müxtəlif torpaq şəraitində yem bitkilərinin tək və qarışıq səpinlərinin soya+sorqo sahənin alaqlanma dərəcəsi və yaşıl kütlə məhsuldarlığına təsiri”, b.e.i. Qabil Kazımov Şirvan düzənliyində yem çuğundurunun səpin sxemi və qidalanma şəraitinin öyrənilməsi”, a.e.ü.f.d., dosent Məzahir Rzayev "Azərbaycan Respublikasının dəmyə və suvarma bölgələrində dənli və yem bitkilərinin becərilməsinin və torpaq münbitliyinin idarə olunmasının elmi və praktiki əsaslarının öyrənilməsi” və “Şəki-Zaqatala bölgəsinin torpaq-iqlim şəraitinə uyğun yeni, məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı tütün sortlarının yaradılması və becərilmə texnologiyasının işlənib hazırlanması” elmi tədqiqat işlərinin illik yekununa dair təqdimatla çıxış etdilər. Sonra fikir mübadiləsi, müzakirələr aparıldı. Suallar ətraflı olaraq cavablandırıldı. Hesabatlar yekdilliklə qəbul edildi.


Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin illik geniş hesabatının təqdimatı keçirildi Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin illik geniş hesabatının təqdimatı keçirildi Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin illik geniş hesabatının təqdimatı keçirildi Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin illik geniş hesabatının təqdimatı keçirildi Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin illik geniş hesabatının təqdimatı keçirildi