Bitki fiziologiyası və biotexnologiya şöbəsinin illik hesabatlarının təqdimatı keçirildi

09.01.2019 tarixində Əkinçilik ET İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin üc proqram üzrə 2018-ci ilə dair geniş illik hesabat yığıncağı keçirildi. Söbənin müdiri b.ü.f.d, dosent Allahverdiyev Tofiq hesabat yığıncağını giriş sözü ilə acaraq, çıxış etdi. Sonra o, illik yekun hesabatların  təqdimatı ücün sözü şöbənin elmi əməkdaşlarına verdi. Aparıcı elmi işçi b.ü.f.d., Flora Əhmədova “Müxtəlif buğda genotiplərinin stress şəraitində morfofizioloji, biokimyəvi və aqronomik göstəricilərinin tədqiqi və yüksək məhsuldarlığı şərtləndirən əlamətlərin müəyyən edilməsi, seleksiyada istifadəsi” mövzusu üzrə aparılan elmi tədqiqat işinin “Yerli və introduksiya olunmuş  nümunələr içərisindən seçilmiş buğda genotiplərinin arxitektonikasına, həyat tərzinə, morfoloji əlamətlərinə, məhsuldarlığına, məhsul komponentlərinə görə qiymətləndirilməsi və fizioloji tədqiqatlar üçün seçilməsi” mərhələsi haqqında  geniş təqdimatla çıxış etdi. Daha sonra əlavə etdi ki, 2017-2018-ci tədqiqat ilində Əkinçilik ET İnstitutunun Abşerondakı təcrübə bazasında Beynəlxalq Mərkəzlərdən (CİMMYT və İCARDA) introduksiya olunmuş 11 pitomnikdə toplanmış 1027 buğda nümunəsi tədqiq edilmişdir. Tədqiq edilmiş nümunələr içərisindən xəstəliklərə davamlı, gövdəsi yatmayan və məhsuldarlığı yüksək olan 146 nümunə (21 bərk, 125 yumşaq buğda) seçilmiş, sahəsi artırılaraq əkilmiş və sonrakı fizioloji tədqiqatlara cəlb edilmişdir.Tədqiqat ili ərzində CİMMYT və İCARDA-dan alınmış bərk və yumşaq buğda pitomniklərinin  hesabatları tərtib edilmiş və 5 elmi məqalə yazılmışdır. Sonra aparıcı elmi işçi b.ü.f.d., dosent Təmrazov Təmraz, böyük elmi işçi, b.ü.f.d İbrahimova İradə, aparıcı elmi işçi, b.ü.f.d, dosent Abdulbaqiyeva Sevda, Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini, b.ü.f.d., dosent Zamanov Atif, aparıcı elmi işçi, b.ü.f.d.  Hüseynov Seyfulla  “Müxtəlif buğda genotiplərinin stress şəraitində morfofizioloji,  biokimyəvi və aqronomik göstəricilərinin tətbiqi və yüksək məhsuldarlığı şərtləndirən əlamətlərin müəyyən edilməsi və seleksiyada istifadəsi” mövzusuna dair “Abiotik stress amillərin buğda bitkisində morfoloji,  biokimyəvi və aqronomik əlamətlərə təsirinin və adaptasiya xüsusiyyətlərinin öyrənilməsi və seleksiyada istifadəsi” və “Biotik stress amillərin buğda bitkisində morfofizioloji,  biokimyəvi və aqronomik əlamətlərə təsirinin və adaptasiya xüsusiyyətlərinin öyrənilməsi və seleksiyada istifadəsi” isi üzrə aparılan elmi tədqiqat isinin, baş elmi işçi, b.e.d. Süleymanov Səftər  və baş elmi işçi, b.ü.e.d Feyziyev Yaşar “Buğda bitkisinə stress amillərinin təsirinin molekulyar mexanizmlərinin tədqiqi və praktiki istifadəsi mövzusu üzrə “Duz stresinin buğda genotiplərinin yarpaqlarında su rejimi parametrlərinə təsirinin öyrənilməsi” və “Buğda genotiplərində fotosintetik elektron daşınmasına duz stresinin təsiri” mərhələlərinə dair, elmi işçi, b.ü.f.d.  İbrahimova Ülkər “Duz stresinin bərk buğda genotiplərində bəzi biokimyəvi parametrlərə təsiri”, aparıcı elmi işçi, b.ü.f.d Məmmədova Mahirə "İn vitro şəraitində müxtəlif buğda genotiplərində siqnal sistem əsasında hüceyrə səviyyəsində adaptivliyin öyrənilməsi"işi üzrə “Qeyri morfogen və morfogen buğda kalluslarının duz stresinə qarşı cavab reaksiyası” mərhələsinə dair, aparıcı elmi işçi, b.ü.f.d, dosent Mirzəyev Rüfət ” Respublikanın müxtəlif bölgələri üçün stress amillərə davamlı, yüksək məhsuldarlığa və texnoloji göstəricilərə malik yeni noxud və mərcimək sortlarının yaradılması ilkin toxumçuluğunun təşkili və tədqiqi və yayımı” mövzusunda geniş illik hesabatları təqdim etdilər. Əkinçilik ET İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin dissertantı Novruzov Laçın “Rapitest” (ABŞ istehsalı) portativ cihazı haqqında məlumat verdi. O, bildirdi ki, bu cihaz torpaqda azot, fosfor və kaliumun miqdarını, pH-ı təyin etməyə imkan verir. Bu cihaz fermerlərə torpaqda mineral elementlərin miqdarı haqqında qısa müddətə informasiya əldə olunmasına kömək edir. Sonda mövzular üzrə suallar və cavablar səsləndirildi, geniş müzakirələr aparıldı. Bitki fiziologiyası və biotexnologiya şöbəsinin geniş illik hesabatı yekdilliklə qəbul edildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Bitki fiziologiyası və biotexnologiya şöbəsinin illik hesabatlarının təqdimatı keçirildi Bitki fiziologiyası və biotexnologiya şöbəsinin illik hesabatlarının təqdimatı keçirildi Bitki fiziologiyası və biotexnologiya şöbəsinin illik hesabatlarının təqdimatı keçirildi Bitki fiziologiyası və biotexnologiya şöbəsinin illik hesabatlarının təqdimatı keçirildi Bitki fiziologiyası və biotexnologiya şöbəsinin illik hesabatlarının təqdimatı keçirildi Bitki fiziologiyası və biotexnologiya şöbəsinin illik hesabatlarının təqdimatı keçirildi Bitki fiziologiyası və biotexnologiya şöbəsinin illik hesabatlarının təqdimatı keçirildi Bitki fiziologiyası və biotexnologiya şöbəsinin illik hesabatlarının təqdimatı keçirildi Bitki fiziologiyası və biotexnologiya şöbəsinin illik hesabatlarının təqdimatı keçirildi Bitki fiziologiyası və biotexnologiya şöbəsinin illik hesabatlarının təqdimatı keçirildi