Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fermerlərin iştirakı ilə 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirildi

05 fevral 2019-cu il tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirildi. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul nümayəndələri ilə yanaşı Sabirabad, Bərdə, Tərtər, Ağsu, Kürdəmir rayonlarının fermerləri, “Qarabağ Toxum MMC”, “Bakı Taxıl Terminalı”, “Süsən Aqro” MMC, “El-Gün” MMC, “SM Aqro” şirkətlərinin nümayəndələri və b. iştirak edirdilər. Tədbir iştirakçıları tərəfindən institutun dünyasını dəyişmiş tanınmış seleksiyaçı alimlər, əməkdar k/t işçisi, prezidentin fərdi təqaüdçüsü Əsəd Musayevin və fəlsəfə doktoru, dosent Elxan Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yığıncağı giriş sözü ilə açan institutun direktoru Cavanşir Təlai tədbir iştirakçılarına ölkə Prezidentinin sədrliyi ilə 29 yanvar tarixində keçən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yekunlarına həsr edilmiş konfransda taxılçılıq, tütünçülük və eləcə də kənd təsərrüfatının digər sahələrinin inkişafı ilə bağlı elmi-tədqiqat müəssisələri qarşısında qoyduğu vəzifələr, Əkinçilik İnstitutunun mandatına daxil olan bitkilərin ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu və məhsuldarlığın artırılmasında aqrar sahədə fəaliyyət göstərən özəl iş adamlarının, fermerlərin alimlərlə sıx əməkdaşlığının əhəmiyyəti barədə ətraflı məlumat verdi.

Sonra söz Aqrar Elm və İnnovasiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Tariyel Pənahova verildi. O, çıxışında ölkə başçısının aqrar elmə göstərdiyi diqqət və qayğıdan, son dövrlər istifadəyə verilmiş və müasir dövrün tələblərinə cavab verən Meyvəçilik və Çayçılıq və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutları, Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində olan qurumların qarşısında duran mühüm vəzifələrə, istər bitkiçilik, istərsə də heyvandarlıq sahələrində əldə ediləcək hər bir yekun elmi nəticələrin fermerlərin sahələrində tətbiqinin zəruriliyinə toxundu. Qeyd etdi ki, Əkinçilik İnstitutu tarixi ənənələrə malik olan bir tədqiqat müəssisəsidir və digər institutlara nisbətən burada kifayət qədər gənclər fəaliyyət göstərir. Bu il institunun fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanlarını verən gənclərin əldə etdikləri uğurları qeyd edərək, onların gələcəkdə aqrar sahənin inkişafına öz töhfələrini verəcəklərinə əmin olduğunu bildirdi.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri Rafail Quliyev kənd təsərrüfatının müxtəlif sahələri üzrə qəbul edilmiş dövlət proqramlarından, dövlət tərəfindən gübrə və pesdisidlərə görə güzəştlərin tətbiq edilməsi, istehsal edilmiş 1-ci və 2-ci reproduksiyalı toxumlara görə dövlət tərəfindən subsidiyaların verilməsi və s. məsələlərə toxundu. Taxılçılığın respublikada əsas strateji sahələrdən biri olduğunu və ölkənin əkin strukturunda 60 faiz paya malik olduğunu qeyd etdi. Əkinçilik ET İnstitutunun uzun müddətdir fəaliyyət göstərən bir elm ocağı olduğunu, dəyərli alimlərin bu institutda müxtəlif

istiqamətlərdə tədqiqatlar apardığını və qloballaşan dünyada bu günün tələblərinə cavab verən tədqiqatların aparılmasının vacibliyini vurğuladı.

Elmi işlər üzrə direktor müavini Nizami Hümmətov Əkinçilik ET İnstitutunun 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında, il ərzində əldə edilmiş mühüm nəticələr, qarşıda duran vəzifələr və problemlər barədə ətraflı məlumat verdi.

Buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki diversifikasiyası proqramlarının rəhbərləri dənli, dənli-paxlalı və yem bitkilərinin seleksiyasına, yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi, otlaqların idarə olunması və səmərəli istifadəsinə, iqtisadi cəhətdən səmərəli olan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən mütərəqqi becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanmasına dair 2018-ci ildə aparılmış tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov institutun 2018-ci il üçün toxumçuluq fəaliyyəti, problemləri və qarşıda duran vəzifələr haqqında təqdimatla çıxış etdi və bu mövzu ətrafında təsərrüfat rəhbərlərinin hesabatları dinlənildi.

Qarabağ Toxum MMC-nin rəhbəri Rəcəb Orucov məhsuldarlığın aşağı olmasının səbəblərindən biri kimi fermerlər tərəfindən torpaq analizləri edilmədən səpin aparıldığını, növbəli əkin sisteminə əməl edilmədiyini qeyd etdi. Təkcə soya və onun emal məhsullarının ixracı üçün hər il milyonlarla dollar xərcləndiyini və bu vəsaitlərin kənara çıxmaması üçün qiymətli sələf bitkisi olaraq onun planlı şəkildə səpinlərinin aparılmasının vacibliyini bildirdi.

“Bakı Taxıl Terminalı”nın baş texnoloqu Fərhad Ağayev fermerlərə taxıl sahələrinin keyfiyyət göstəricilərini kəskin aşağı salan ziyankar bağacığa qarşı insektisidlərlə qabaqlayıcı tədbirlərin görülməsini və istehsal etdikləri məhsulun müəyyən edilmiş standartlara cavab verməsinin vacibliyini və istənilən halda bu toxumların satılmasında heç bir problemin olmadığını bildirdi.

Tədbirdə fermer və emal müəssisələri nümayəndələrinin birgə iştirakı ilə müzakirələr keçirildi. Mövcud problemlər müzakirə olundu və həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparıldı və fermerləri maraqlandıran suallar ətraflı cavablandırıldı. İnstitut bu müzakirələrdə gələcək üçün öz tədqiqat prioritetlərini müəyyən etdi.

İnstitutun direktoru Cavanşir Təlai tədbirin sonunda Biləsuvar, Bərdə, Zərdab, Ağcabədi rayonlarının fermerlərinin taxılçılıqda əldə etdikləri yüksək təsərrüfat göstəricilərinə görə Əkinçilik ET İnstitutuna göndərdikləri təşəkkür məktublarını səsləndirdi və onların alimlərin əməyinə verdikləri qiyməti yüksək dəyərləndirdi.

Hesabat yığıncağı 5 fevral tarixində kütləvi informasiya vasitələrində, o cümlədən Az Tv, Atv, Xəzər Tv, Arb və CBC televiziya kanallarında işıqlandırıldı.

 


Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fermerlərin iştirakı ilə 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fermerlərin iştirakı ilə 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fermerlərin iştirakı ilə 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fermerlərin iştirakı ilə 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fermerlərin iştirakı ilə 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fermerlərin iştirakı ilə 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fermerlərin iştirakı ilə 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fermerlərin iştirakı ilə 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirildi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fermerlərin iştirakı ilə 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirildi