Əkinçilik ET İnstitutunun əməkdaşları Bərdə və Tərtər DAİM-də fermerlərə təlim keçmişlər

12.02.2019 tarixində Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq Əkinçilik ET İnstitutunun əməkdaşları Namella Əzizova və Ehtibar İbrahimov Bərdə DAİM-də 19 nəfər fermerə, Tərtər DAİM-də isə 14 nəfər fermerə "Taxıllardan yüksək keyfiyyətli məhsul alınmasında xəstəlik və zərərvericilərə qarşı mübarizənin əhəmiyyəti" mövzusunda təlim keçmişlər. Respublika ərazisində yayılmış, məhsuldarlığa və onun keyfiyyətinə mənfi təsir edən zərərli orqanizmlərə aid olan təlim materialları yüksək səviyyədə hazırlanmış prezentasiyalar şəklində təqdim olundu. Təlim materiallarında tədqiqatçı alimlərin apardıqları müşahidə və tədqiqatlar əsasında toplanmış təhlükəli xəstəlik və zərərvericilərin növləri, onlara qarşı tətbiq edilən aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin tətbiqinə dair maraqlı məlumatlar verildi.Təlim maraqla qarşılandı. Fermerlərin təklifləri dinlənildi.


Əkinçilik ET İnstitutunun əməkdaşları Bərdə və Tərtər DAİM-də fermerlərə təlim keçmişlər Əkinçilik ET İnstitutunun əməkdaşları Bərdə və Tərtər DAİM-də fermerlərə təlim keçmişlər Əkinçilik ET İnstitutunun əməkdaşları Bərdə və Tərtər DAİM-də fermerlərə təlim keçmişlər Əkinçilik ET İnstitutunun əməkdaşları Bərdə və Tərtər DAİM-də fermerlərə təlim keçmişlər