Əkinçilik ET İnstitutunun əməkdaşları Ağdam və Yevlax DAİM-də fermerlərə təlim keçmişlər

13.02.2019 tarixində Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq Əkinçilik ET İnstitutunun əməkdaşları Əzizova Namella və İbrahimov Ehtibar Ağdam DAİM-də 18 fermerə, Yevlax DAİM-də isə 19 fermerlərə "Taxıllardan yüksək keyfiyyətli məhsul alınmasında xəstəlik və zərərvericilərə qarşı mübarizənin əhəmiyyəti" mövzusunda təlim keçmişlər. Təlimçilər respublikanın taxıl əkinlərində geniş yayılmış zərərli orqanizmlər, xəstəliklər, ziyanvericilər, nematodlar, gəmiricilər, alaq otlarının növ tərkibi, yayılması, zərərvericiliyi və əsas növlərə qarşı mübarizə tədbirləri haqqında geniş məlumat verdilər.Təlim maraqla qarşılandı. Fermerlərin sualları ətraflı cavablandırıldı.

 


Əkinçilik ET İnstitutunun əməkdaşları Ağdam və Yevlax DAİM-də fermerlərə təlim keçmişlər Əkinçilik ET İnstitutunun əməkdaşları Ağdam və Yevlax DAİM-də fermerlərə təlim keçmişlər