Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirildi

20.02.2019 tarixində Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirildi. İnstitutun direktoru Cavanşir Təlai hesabat yığıncağını giriş sözü ilə açaraq iştirakçıları salamladı, gündəliyə daxil olan məsələ ilə bağlı fikirlərini bildirdi. Sonra söz doktorant və dissertantlara verildi və müxtəlif ixtisaslar üzrə aparılan elmi-tədqiqat işlərinə dair ətraflı cıxışlar və hesabatlar dinlənildi.

Doktorantlardan İslamzadə Rəhilə, İslamzadə Tarıverdi, Rzayeva Gülnarə, İsmayılova Gülnar, Hacıyeva Sevda, Labazanova Aysel, Umudova İlahə, Feyzullayev Hüseyn, dissertantlardan Kərimova Şamama, Useynova Nərgiz, Hətəmov Xalid və b. müxtəlif mövzularda təqdimatla çıxış etdilər. Çıxışlar bitdikdən sonra elmi-tədqiqat işlərinin gedişatında qarşıya çıxan məsələlər, yeniliklər və problemlər barədə müzakirələr aparıldı. Yekunda institutun direktoru C.Təlai təqdim olunan hesabatlardan əldə etdiyi nəticə ilə bağlı öz fikirlərini bildirdi və  iştirakcılara gələcək elmi-tədqiqat işlərində müvəffəqiyyətlər arzuladı.       

Sonda Elmi Şura üzvləri açıq səsvermə yolu ilə ən yaxşı təqdimatlarla çıxışlarına və yüksək hazırlıq səviyyələrinə görə fərqlənən 6 doktorant və dissertantı müəyyənləşdirdi. Fərqlənən doktorant və dissertantlar Elmi Şuranın qərarı ilə mükafatlara layiq görüldülər.


Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirildi Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirildi Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirildi Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirildi Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirildi Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirildi Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirildi Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirildi Əkinçilik ET İnstitutunda doktorant və dissertantların hesabat yığıncağı keçirildi