Əkinçilik ET İnstitutunun əməkdaşı Qax, Şəki və Zaqatala DAİM-də fermerlərə təlim keçmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 20-22.02.2019 tarixlərində  Əkinçilik ET İnstitutunun əməkdaşı Kazımov Qabil Qax, Şəki və Zaqatala  DAİM-də  “Tütün bitkisindən yüksək  keyfiyyətli məhsul alınmasında becərmə üsüllarının  əhəmiyyəti” mövzusunda təlim keçmişdir. Təlimlərdə  ümumilikdə 76 fermer iştirak etmişdir. Q.Kazımov təlimin keçirildiyi rayonların tütünçülüklə məşğul olduğunu nəzərə alaraq tütün bitkisinin tarixi, bioloji xüsusiyyətləri, becərilmə texnologiyası haqqında ətraflı məlumat verdi. Həmçinin hal-hazırda respublika ərazisində yerli tütün sortlarının az əkilməsi fermerlərin nəzərinə çatdırıldı və bildirdi ki, son zamanlar rayon ərazisində Amerikadan gətirilmiş Virciniya tütün sortunun əkin sahələri genişləndirilməkdə davam edir. Onun tədarükü zamanı isə bir çox problemlər meydana çıxır. Belə ki, sortun bioloji xüsusiyyətlərinə əsasən cəmi 2 dəfə dərilməsi nəzərdə tutulmuşdur. Həmin vaxtlarda rayonda "Azərtütün" birliyi tərəfindən quraşdırılmış 60 ədəd qurutma kamerası tütünün qəbulu üçün kifayyət etmir. Bu isə fermerlər arasında haqlı narazılığa səbəb olur. Təlim zamanı fermerləri ən çox maraqlandıran məsələrərdən biri də tütün toxumunun respublikada istehsal olunmaması və toxumun xarici ölkələrdən yüksək qiymətə alınması oldu. Bu barədə fermerlərə məlumat üçün bildirildi ki, yaxın 2-3 il ərzində Əkinçilik ET İnstitutuda tütünçü alimlər yeni məhsuldar sortlar yetişdirməklə sizlərə öz töhvələrini verəcəklər.Tədbirdə təqdim olunan prezentasiya fermerlər tərəfindən maraqla qarşılandı və müzakirələrə səbəb oldu. Fermerləri maraqlandıran suallar ətraflı olaraq  cavablandırıldı. Həmçinin fermerlər tütün bitkisi haqqında məlumatların az olduğunu bildirərək, onlara bu bitki barəsində ədəbiyyatların paylanmasını xahiş etdilər.

 

 

 

 

 


Əkinçilik ET İnstitutunun əməkdaşı Qax, Şəki və Zaqatala  DAİM-də fermerlərə təlim keçmişdir Əkinçilik ET İnstitutunun əməkdaşı Qax, Şəki və Zaqatala  DAİM-də fermerlərə təlim keçmişdir Əkinçilik ET İnstitutunun əməkdaşı Qax, Şəki və Zaqatala  DAİM-də fermerlərə təlim keçmişdir Əkinçilik ET İnstitutunun əməkdaşı Qax, Şəki və Zaqatala  DAİM-də fermerlərə təlim keçmişdir Əkinçilik ET İnstitutunun əməkdaşı Qax, Şəki və Zaqatala  DAİM-də fermerlərə təlim keçmişdir Əkinçilik ET İnstitutunun əməkdaşı Qax, Şəki və Zaqatala  DAİM-də fermerlərə təlim keçmişdir