Xocalı soyqırımı XX əsrin faciəsidir

25 fevral tarixində Əkinçilik ET institutunda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. İnstitutun direktoru Cavanşir Təlai tədbiri giriş sözü ilə açdı. Xocalıda qətlə yetirilmiş soydaşlarımızın, soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Sonra C.Təlai iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasəti, xalqımıza qarşı törədilən etnik təmizləmə ilə bağlı faktlar, soyqırım cinayətləri, Xocalıda keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan bəhs etdi. Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğu vurğuladı. Bildirdi ki, 2500 Xocalı sakinlərindən 63 uşaq, 106 qadın, 70-i yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi. Düşmən gülləsinə tuş gələrək yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. 1275 Xocalı sakini əsir, 155 nəfəri isə itkin düşdü. C. Təlai Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də Xocalı soyqırımına obyektiv qiymət verilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini qeyd etdi. Sonra söz tədbir iştirakçılarına verildi. İnstitutun elmi katibi Hacıyeva Sevda Xocalı sakini kimi Xocalı faciəsinin dəhşətlərindən, institutun əməkdaşları, Məzahir Rzayev, Sevil Abbasquliyeva, İmrəli Hacıməmmədov, gənc əməkdaş Əsmər Həsənova faciənin baş verdiyi zamanların heç vaxt yaddan cıxmayan ağrı acılardan, əliyalın, günahsız insanların qətlə yetirilməsindən, ahı-naləsindən söz acdılar, şerlər söylədilər. İnstitutun elmi əməkdaşı Rəhilə İslamzadənin Xocalı facıəsi haqqında hazırladığı video materialda həyatını döyüş zamanı itirmiş şəhidlərin keçdiyi yoldan bəhs olundu. Xocalı faciəsi haqqında videoçarx izlənildi. Sonda yekun nitqi ilə cıxış edən C.Təlai Xocalı soyqırımı haqqında, dünyanın bir çox ölkələrində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin həyata keçirildiyini, filmlər çəkildiyini və bu tədbirlər nəticəsində erməni təcavüzünə düzgün siyasi qiymət verilməsinə nail olunduğu vurğuladı. O, əminliklə qeyd etdi ki, işğal altında olan torpaqlarımız tez bir zamanda azad ediləcək, yurd-yuvalarından didərgin düşən soydaşlarımızın öz torpaqlarımıza qayıdacaqlar.


Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir Xocalı soyqırımı XX əsrin faciəsidir