Beynəlxalq mütəxəssislər institut əməkdaşlarına təlim keçirdilər

Dünya Bankı xəttilə icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində 26 fevral 2019-cu il tarixində Əkinçilik ET İnstitutunun dənin keyfiyyəti laboratoriyasında FOOS şirkətinin istehsalı olan “İnfratec 1241 Dən Analizi” cihazında beynəlxalq mütəxəssislər, FOOS-un Azərbaycanda əlaqələndiricisi cənab Bəhram Atabəyli və şirkətin xidmət üzrə mühəndisi M.Şkil tərəfindən kalibrləndirilmə işləri aparıldı və proqram təminatı həyata keçirildi. Bununla bağlı mühəndis M.Şkil cihazdan istifadə ilə bağlı institut əməkdaşları üçün təlim keçdi və onların suallarını cavablandırdı. Artıq “İnfratec 1241 Dən Analizi” cihazın köməyilə bir çox dənli və dənli-paxlalı bitkilərin, o cümlədən bərk və yumşaq buğda, arpa, vələmir, çovdar, çəltik, qarğıdalı, soya, noxud bitkilərinin keyfiyyət göstəricilərini (zülal, kleykovina, yağ, nişasta, kül elementləri və s.) təyin etməyə imkan verəcəkdir. Bu isə gələcəkdə Əkinçilik ET İnstitutuna kənd təsərrüfatı məhsul istehsalçılarına daha çox xidmət göstərilməsinə geniş imkanlar yaradacaqdır.


Beynəlxalq mütəxəssislər institut əməkdaşlarına təlim keçirdilər Beynəlxalq mütəxəssislər institut əməkdaşlarına təlim keçirdilər Beynəlxalq mütəxəssislər institut əməkdaşlarına təlim keçirdilər Beynəlxalq mütəxəssislər institut əməkdaşlarına təlim keçirdilər Beynəlxalq mütəxəssislər institut əməkdaşlarına təlim keçirdilər Beynəlxalq mütəxəssislər institut əməkdaşlarına təlim keçirdilər Beynəlxalq mütəxəssislər institut əməkdaşlarına təlim keçirdilər