Saatlı, Sabirabad, Hacıqabul rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 26.02.-01.03.2019 tarixlərində Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik ET İnstitutunun əməkdaşı, aparıcı elmi işçi Mehdiyev Mehdi Saatlı, Sabirabad, Hacıqabul DAİM-də fermerlərə “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçmişdir. Taxılçılıqda yüksək və keyfiyyətli məhsul alınmasını təmin etmək üçün erkən yazda və vegetasiya müddətində azot, fosfor və kalium gübrələrinin vaxtında və aqrotexniki tələblərə uyğun verilməsi, həmçinin bitkilərə vegetasiya müddətində digər zəruri aqrotexniki qulluq işlərinin həyata keçirilməsi və s. kimi vacib məsələlər ətraflı olaraq izah edilmişdir. Təlimlərdə taxılçılıq və heyvandarlıqla məşğul olan  69 nəfər fermer və mütəxəssis iştirak etmişdir. Sahibkarlar tərəfindən verilmiş suallara, qaldırılmış problemlərə aydınlıq gəitrilmiş, qarşılıqlı müzakirələr aparılmışdır. Təlim iştirakçılarının bir sıra çətinliklərlə qarşılaşdığı (su qıtlığı, gübrə çatışmazlığı, biçin zamanı texnikanın vaxtında olmaması, istehsal olunmuş taxılın satışında yaranan çətinliklər, növbəli əkinçiliyə imkan məhdudiyyəti və s.) müzakirələr zamanı diqqətə çatdırılmışdır.

 


Saatlı, Sabirabad, Hacıqabul rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Saatlı, Sabirabad, Hacıqabul rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Saatlı, Sabirabad, Hacıqabul rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Saatlı, Sabirabad, Hacıqabul rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Saatlı, Sabirabad, Hacıqabul rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Saatlı, Sabirabad, Hacıqabul rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Saatlı, Sabirabad, Hacıqabul rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir