Əkinçilik ET İnstitutunda Novruz bayramı təntənə ilə qeyd olundu

19 mart 2019-cu il tarixində Əkinçilik ET İnstitutunda Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Rəhbərliyin iştirakı ilə kollektiv üzvləri institutun həyətində "Novruz" tonqalı qalayıb, ətrafında toplaşdılar. Bayram şənliyi milli adət ənənələrimizə uygun şəkildə bəzədilmiş Novruz süfrəsi ətrafında davam etdi. İnstitutun direktoru Cavanşir Təlai bayram münasibətilə kollektivi təbrik etdi, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruz bayramı keçirilməsinin əhəmiyyətini vurğulad. C.Təlai Ulu Öndər Heydər Əliyevin Novruz bayramının dövlət səviyyəsində qeyd olunması məqsədilə atdığı mütərəqqi addımları xatırlatdı. O, Prezident İlham Əliyevin hər il paytaxtda keçirilən Novruz şənliklərində iştirak etməsini, xalqımıza təbrik ünvanlamasını bayrama olan dövlət qayğısı kimi xarakterizə etdi. C.Təlai institutun əməkdaşlarını bayram münasibəti ilə təbrik edib, onlara gələcək işlərində yeni-yeni nailiyyətlər və can sağlığı arzuladı. İnstitut əməkdaşları bayram təbriklərini, xoş arzularını dilə gətirdilər. Tədbir kollektiv üzvlərinin və istedadlı gənclərin hazırladıqları əyləncəli bayram proqram ilə davam etdi. Novruz bayramını əks etdirən səhnəciklər, adət-ənənələr nümayiş olundu. Həvəslə hazırlanan bayram tədbiri yüksək əhval-ruhiyyə yaratdı.


Əkinçilik ET İnstitutunda Novruz bayramı təntənə ilə qeyd olundu Əkinçilik ET İnstitutunda Novruz bayramı təntənə ilə qeyd olundu Əkinçilik ET İnstitutunda Novruz bayramı təntənə ilə qeyd olundu Əkinçilik ET İnstitutunda Novruz bayramı təntənə ilə qeyd olundu Əkinçilik ET İnstitutunda Novruz bayramı təntənə ilə qeyd olundu Əkinçilik ET İnstitutunda Novruz bayramı təntənə ilə qeyd olundu Əkinçilik ET İnstitutunda Novruz bayramı təntənə ilə qeyd olundu Əkinçilik ET İnstitutunda Novruz bayramı təntənə ilə qeyd olundu Əkinçilik ET İnstitutunda Novruz bayramı təntənə ilə qeyd olundu Əkinçilik ET İnstitutunda Novruz bayramı təntənə ilə qeyd olundu