Qobustan, Şamaxı və Ağsu rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 27.03.-28.03.2019 tarixlərində Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik ET İnstitutunun Qobustan BTS-nin direktoru Atabəy Cahangirov Qobustan, Şamaxı və Ağsu DAİM-də fermerlərə “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçmişdir. Təlimdə  75 nəfər  taxıl istehsalçısı  və mütəxəsis  iştirak etdi. Mövzuya  uyğun olaraq payızlıq taxıllara  yaz qulluq işləri ətraflı şərh edildi.  İlkin yazdan başlayaraq  siçanabənzər gəmiricilərlə mübarizə, ikiləpəli alaq otlarına və yabanı vələmirə qarşı mübarizə üçün herbisidlərin miqdarı, tətbiq şəraiti və qarışdırılma qaydası, yemləmə şəklində verilən azot gübrəsinin miqdarı və müddətləri ətraflı izah edildi. Payızlıq taxıllarda ən çox rast gəlinən  xəstəlik və zərərvericilər haqqında ətraflı məlumat verilməklə onların ziyanvurma dərəcəsi və onlara qarşı mübarizə tədbirləri haqqında məlumat verildi. Sonda fermerləri maraqlandıran suallar cavablandırıldı və müzakirələr aparıldı.

 

 


Qobustan, Şamaxı və Ağsu rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Qobustan, Şamaxı və Ağsu rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Qobustan, Şamaxı və Ağsu rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Qobustan, Şamaxı və Ağsu rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir