Qax, Şəki, Qəbələ rayonları üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 27-28 mart 2019-cu il tarixində Əkinçilik ET İnstitutu Dənin keyfiyyəti laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d, dossent Sevinc Məmmədova Qax, Şəki,Qəbələ DAİM-də  “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti”  mövzusunda təlim keçmişdir. Təlimdə ümumilikdə 62 nəfər fermer, müxtəlif k/t mütəxəssisləri, könüllüləri iştirak etmişlər.

S. Məmmədova cıxışında təlim iştirakçılarının nəzərinə çatdırdı ki, taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən olub, əkinlərindən yüksək və keyfiyyətli məhsul almaq üçün ilk növbədə zəruri  aqrotexniki tədbirlər planı ardıcıl həyata keçirilməli, yüksək məhsuldarlığı və dən keyfiyyətini şərtləndirən amillərin rolu müəyyənləşdirilib, tətbiq edilərək təsir dairəsi genişləndirilməlidir. Respublikada, Şəki-Zaqatala iqtisadi zonası və Qəbələdə müxtəıif illərdə buğda əkin sahələri və məhsuldarlığı, ölkə üzrə istehsal, idxal, ixrac və həmçinin idxalda əsasən hansı ölkələrin payı olduğu haqda Dövlət Statistika Komitəsinin məlumatlarını və məhsul istehsalının artımının əkin sahələri hesabına deyil, məhsuldarlığın artırılması hesabına olduqda bunun həm idxalın əvəzlənməsinə, həm də ixracın artmasına səbəb ola biləcəyini qeyd etmişdir.

Məhsuldarlığın artımında sortun payının 40%-ə qədər təşkil etdiyini, bölgənin torpaq-iqlim şəraitinə uyğun, ildən asılı olmayaraq yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı olan sortun seçilməsi və sertifikatlı toxumdan istifadənin zəruriliyi, yumşaq buğda toxumlarının səpin keyfiyyətinə görə sinifləri, k/t bitkilərindən yüksək məhsul alınmasında gübrələnmənin əsas amil olması, gübrələrin qrupları, gübrə tətbiqi üçün zəruri göstəricilər, gübrə normaları və verilmə vaxtı, dənli bitkilərin boy ölçülərindən asılı olaraq hektara azot gübrəsinin normaları, gübrə normalarının müəyyənləşdirilməsi üçün bitkinin torpaqdan və gübrədən qida maddələrini mənimsəmə əmsalının müəyyənləşdirilməsinin zərurəti haqda geniş məlumat vermişdir. Həmçinin torpaqda azot,  fosfor və kaliumun miqdarını təyin etmək üçün “Torpaq skaneri” və  torpağın pH-nı təyin etmək üçün “Torpaq pH metri” kimi müasir cihazlar barədə bilgiləri təlim iştirakcılarının diqqətinə çatdırmışdır.

S. Məmmədova ilkin yaz aylarında görülən tədbirlərdən gəmiricilərə  (çöl siçanı) qarşı mübarizə işlərinin təşkili, azot yemləməsinin verilməsi, suvarmanın üsulları və aparılması  üçün görülən tədbirlər, biotik  amillərə - alaqlar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri haqda geniş izahat vermişdir.

Azərbaycan Respublikası Taxıl Fondunun yüksək keyfiyyətli buğdaya  qoyduğu tələblər, taxıl becərilməsinin son  nəticəsi olan buğda sortlarının dən keyfiyyəti haqda, həmçinin respublikamızda payızlıq buğda istehsalında mövcud və  həlli təxirəsalınmaz  olan  problemlər, kənd təsərrüfatı istehsalında ehtimal olunan risklər və onların təsirinin azaldılması istiqamətləri haqqında da məlumat vermişdir.

Sonra  Əsəd Məmmədovun Torpaq Skanerinin işlətmə metodu,  Çörəkbişirməyə yararlılığın hansı keyfiyyət göstəricisinə görə müəyyən edildiyi Və Elmar Abdullayevin  Dən keyfiyyətinin artırılması üçün yemləmə gübrəsinin bitkinin hansı inkişaf mərhələsində verilməsinin daha effektli olduğu, Kərəm Mürsəlovun  Əkinçilik ET İnstitutunda Şəkinin Dəhnələr zonası -  dəmyə şəraiti üçün yumşaq buğda sortunun  yaradılmasının arzu edildiyini qeyd edərək,  Küləşdən təmizlənmə və alaqlarla mübarizədə sahələrin yandırılmasına alternativ üsulların varlığı, dəmyədə Azərbaycanın yüksək dən keyfiyyəti üçün potensial imkanının mövcudluğu  və Ayaz Ataylının Torpaq Skanerinin həssaslığı, Şükür Məmmədovun yerli və ya Rusiya mənşəli yumşaq buğda sortlarının Azərbaycan şəraitində becərilməsində üstünlüyün nəyə verilməsi və Məmmədağa Qədirovun məhsuldarlığın artırılmasında maye yemləmə gübrəsinin bitkinin inkişafının hansı mərhələsində istifadəsinin əhəmiyyətliliyi haqda və s. bu kimi suallar ətraflı olaraq cavablandırılmışdır.  


Qax, Şəki, Qəbələ rayonları üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Qax, Şəki, Qəbələ rayonları üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Qax, Şəki, Qəbələ rayonları üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Qax, Şəki, Qəbələ rayonları üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Qax, Şəki, Qəbələ rayonları üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir