Göyçay, Ağdam, Bərdə rayonları üzrə Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) fermerlərə "Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti" mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 27-29 mart 2019-cu il tarixlərində Əkinçilik Elmi Tədqiqat İnstitutunun Xəstəlik  və zərərvericilərə nəzarət laboratoriyasının aparıcı elmi işçisi Ehtibar İbrahimov fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçmişdir. Təlimləri giriş sözü ilə açan Rayon DAİM-lərin rəisləri ölkə rəhbərliyinin və KTN-nin yerlərdə fermerlərə göstərilən güzəşt və qayğılardan, bu cür təlimlərin əhəmiyyətindən bəhs etmişlər.

Təqdimatla cıxış edən təlimçi E. İbrahimov respublika ərazisində becərilən taxıl sahələrində məhsuldarlığa və onun keyfiyyətinə mənfi təsir edən amillər və onlara qarşi aparılan tədbirlərin həyata keçirilməsindən bəhs etmişdir. Tədbirin sonunda fermerləri maraqlandıran sullar cavablandırılmış, fermerlərin fikirləri dinlənilmişdir. Tədbirdə ümumilikdə 53 nəfər fermer və fərdi təssərrüfat nümayəndələri iştirak etmişlər. Fermerlər belə tədbirlərin mütəmadi və vaxtında təkrarən keçirilməsi, lazımı braşura və təlimatlandırıcı metodikaların paylanılması və yerindəcə sahələrə baxış keçirilməsi kimi təkliflər vermişlər.

 


Göyçay, Ağdam, Bərdə rayonları üzrə  Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) fermerlərə "Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti" mövzusunda təlim keçirilmişdir Göyçay, Ağdam, Bərdə rayonları üzrə  Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) fermerlərə "Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti" mövzusunda təlim keçirilmişdir Göyçay, Ağdam, Bərdə rayonları üzrə  Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) fermerlərə "Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti" mövzusunda təlim keçirilmişdir Göyçay, Ağdam, Bərdə rayonları üzrə  Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) fermerlərə "Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti" mövzusunda təlim keçirilmişdir