Goranboy rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 28 mart 2019-cu il tarixində Əkinçilik ET İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri, a.e.ü.f.d., dosent Məzahir Rzayev Goranboy rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçmişdir. Təlimdə taxılların sələflərindən asılı olaraq torpağın əsas və səpinqabağı becərilmə xüsusiyyətləri, əsas becərmədən əvvəl üzvi və mineral gübrələrin verilməsi, torpaq becərmələrinin aparılma dərinliyi, səpin üçün toxum tədarükü, toxumun dərmanlanması, səpin normasının müəyyən edilməsi, səpin müddətləri və üsulları barədə fermerlərə məlumat verilmişdir. Sonrakı mərhələdə taxılçıların qış qayğıları barədə fermerlərə məlumatlar verildi və bununla əlaqədar “Kənd həyatı” qəzetində fermerlərə Əkinçilik ETİnstitutu tərəfindən vaxtaşırı ətraflı tövsiyələr verilməsi onların diqqətinə çatdırıldı. Məhsulun formalaşmasının əsas mərhələsi olan yaz-yay dövründə taxıl sahələrinə edilən qulluq işlərinin vaxtında və keyfiyyətlə aparılması diqqət mərkəzində olmaqla buraya daxil olan becərmə işləri barədə tərəfimizdən geniş məlumat verildi. Belə ki, buraya yaz yemləmə gübrəsinin vaxtında və lazımi miqdarda verilməsi, gübrə verildikdən sonra suvarmanın vaxtında və keyfiyyətlə aparılması, alaqlara qarşı kimyəvi mübarizənin təşkili, taxıl əkinlərinə yaşıl malanın çəkilməsi və s. məsələlər daxildir. Bilavasitə bu məsələlər barədə fermerlərə ətraflı izahatlar verildi.

Qətiyyətlə göstərildi ki, kollanma mərhələsi başa çatdıqdan sonra verilən yemləmə gübrəsinin səmərəsi az olur. Eyni zamanda fermerlərin diqqətinə çatdırıldı ki, taxıllara dişli mala (yaşıl mala) çəkilməsi ancaq və ancaq tam kollanma mərhələsində aparıla bilər. Əks halda bu əməliyyatın səmərəsi olmaz və mənfi nəticələrə gətirib çıxara bilər.

Taxıllara yaz-yay dövründə aqrotexniki qulluq işlərini əhatə edən məsələlərə dair “Kənd həyatı” qəzetinin 12 mart 2019-cu il tarixli sayında geniş məlumat verildiyi də diqqətə çatdırıldı. Təlimdə 18 nəfər fermer iştirak etmişdir.

Təlimin sonunda fermerlər tərəfindən verilən bir çox suallara cavab verilməklə bəzi məsələlər aydınlaşdırıldı. Müzakirələr aparıldı. Fermerlərin arzu və təklifləri dinlənildi.

 

 

 


Goranboy rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Goranboy rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Goranboy rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Goranboy rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir