Balakən, Zaqatala, Oğuz rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 27-28 mart 2019-cu il tarixinlərində Əkinçilik ET İnstitutununnin “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin a.e.i., b.ü.f.d., dosent Sevda Abdulbaqiyeva ümumilikdə 63 fermerin iştirakı ilə “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçmişdir. Təlimdə taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul almaq üçün ilk növbədə zəruri  aqrotexniki tədbirlər planınin ardıcıl həyata keçirilməsi, yüksək məhsuldarlığı və dən keyfiyyətini şərtləndirən amillərin rolunun müəyyənləşdirilib tətbiq edilərək təsir dairəsinin genişləndirilməsi izah olundu. Taxıl istehsalının artırılması yolları kimi qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələri və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların tətbiqi, keyfiyyətli toxum materialından istifadə  və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizəsi qeyd olundu. Bölgənin torpaq-iqlim şəraitinə uyğun yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı olan sort seçilməsi, sertifikatlı toxum istifadə edilməsi və toxumun sürmə və digər göbələk xəstəliklərinə qarşı müvafiq fungisidlərlə işlənməsi tövsiyyə olundu. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması üçün qarşıda duran əsas məsələlər- kənd təsərrüfatı bitkilərinin gübrələnməsi, gübrə normaları və verilmə vaxtının düzgün təyin edilməsi, payızlıq buğdanın torpaqdan və gübrədən qida maddələrini mənimsəmə əmsalı, bir sentner dən məhsulunun əmələ gəlməsinə qida sərfi, qış və ilkin yaz aylarında görülən tədbirlər, vegetasiya suvarmalarının təşkili, üsulları və vaxtı, bİotİk  amİllərə (alaqlara, xəstəlİk və zərərvericilərə) qarşı mübarizə tədbirləridir. Təlim müddətində həmçinin, Azərbaycan Respublikası Taxıl Fondunun yüksək keyfiyyətli ərzaqlıq buğdaya  qoyduğu tələbləri haqqında da məlumat verildi. Məruzə təlimçilər tərəfindən maraqla qarşılandı, suallar ətraflı olaraq cavablandırıldı.

 


Balakən, Zaqatala, Oğuz rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Balakən, Zaqatala, Oğuz rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Balakən, Zaqatala, Oğuz rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Balakən, Zaqatala, Oğuz rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Balakən, Zaqatala, Oğuz rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Balakən, Zaqatala, Oğuz rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Balakən, Zaqatala, Oğuz rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir