Masallı, Lənkəran, Yardımlı rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 27-29 mart 2019-cu il tarixlərində Əkinçilik ET İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin elmi işçisi Qabil Kazımov fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçmişdir. Təlimlərdə ümumilikdə taxılçılıqla  məşğul olan 79 nəfər fermer iştirak edirdi. Masallı rayon DAİM-in  direktor müavini Eldəniz Musalı, Lənkaran rayon DAİM-in direktoru Tofiq Rzayev və Yardımlı DAİM-in direktoru Şahlar Əliyev öz çıxışlarında ölkə rəhbərliyinin və KTN-nin yerlərdə fermerlərə göstərilən güzəşt və qayğılardan, bu cür təlimlərin əhəmiyyətindən bəhs etdilər və bildirdilər ki, belə təlimlərin keçirilməsi taxılçılıqla və heyvandarlıqla məşğul olan fermerlər üçün böyük əhəmiyyət kəsb edir. Sonra söz təlimçi Qabil Kazımova verildi. O, Azərbaycanda taxıl bitkisinin inkişafından, becərmə texnologiyasından bəhs etdi.Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsi məsələlərinə aydınlıq gətirərək geniş izahar verdi. Təlimcinin çıxışı fermerlər tərəfində maraqla qarşılandı. Suallar cavablandırıldı, müzakirələr aparıldı. Fermerlər taxıl bitkisi haqqında ədəbiyyatların paylanmasını xahiş etdilər.

 

 


Masallı, Lənkəran, Yardımlı rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Masallı, Lənkəran, Yardımlı rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Masallı, Lənkəran, Yardımlı rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Masallı, Lənkəran, Yardımlı rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Masallı, Lənkəran, Yardımlı rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Masallı, Lənkəran, Yardımlı rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir