Samux və Göygöl rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 27-28 mart 2019-cu il tarixlərində Əkinçilik ET İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin elmi işçisi Nəriman Seyidov fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçmişdir. Təlimlərdə ümumilikdə taxılçılıqla  məşğul olan 79 nəfər fermer iştirak edirdi. Samux DAİM-in rəisi Rahil Həsənov rayonda taxıl əkinlərinin vəziyyəti haqqında məlumat verərək belə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətndən bəhs etdi. Təlimdə elmi işçi Nəriman Seyidov taxıl əkinlərindən  yüksək və keyfiyyətli məhsul alınmasında üzvi və mineral gübrələrin əhəmiyyəti, torpağın qida maddələri ilə təmin olunmasından asılı olaraq veriləcək gübrə normalarının müəyyənləşdirilməsi, onların verilməsi qaydaları barədə  geniş məruzə etdi. Təlimdə əyani vəsait kimi slayd materiallarından istifadə edilmişdir. Təlim çərçivəsində fermerləri maraqlandıran suallar ətraflı olaraq cavablandırılmışdır.


Samux və Göygöl rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Samux və Göygöl rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir Samux və Göygöl rayonları Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) taxılçı fermerlərə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki tədbirlərin ardıcıl yerinə yetirilməsinin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir