Dünya Bankının nümayəndələri Əkinçilik ET İnstitutunda oldular

Cari ilin 10 aprel tarixində Dünya Bankının toxumçuluq üzrə mütəxəssisi Avqustin Sanqsonun rəhbərlik etdiyi nümayəndə heyəti Əkinçilik ET İnstitutunda oldular. Görüşdə Əkinçilik ET İnstitutun direktoru Cavanşir Təlai institutda aparılan seleksiya işləri, rayonlaşmış sortlar, toxumçuluq fəaliyyəti haqqında ətraflı məlumat verdi. Sonra cənab Avqustin Sanqsonun hüquqi və institusional islahatlara olan ehtiyacları nəzərə alaraq Azərbaycanda toxumçuluq sektorunun qısa qiymətləndirilməsi məsələlərinə toxundu. O, bildirdi ki, Bakıda bir sıra əsas dövlət və özəl sektorda fəaliyyət göstərən maraqlı tərəflərlə müzakirələr aparmış, tədqiqatçılarla ünsiyyətdə olmaq üçün təqiqat mərkəzlərində olmuşdur. Avqustin Sanqson aşkarladığı əsas məsələlər, toxumçuluq sektorunun strateji funksiyası, Azərbaycanda toxumçuluq sektorunun institusional strukturu, sotların buraxılması və qeydiyyatı, toxumların istehasalı, emalı və sertifikasiyası, toxumun keyfiyyətinə nəzarət və s. görülən işləri diqqətə çatdırdı, institusional öhdəliklərlə bağlı bir sıra tövsiyələr təklif etdi.

 

 

 


Dünya Bankının nümayəndələri Əkinçilik ET İnstitutunda oldular Dünya Bankının nümayəndələri Əkinçilik ET İnstitutunda oldular Dünya Bankının nümayəndələri Əkinçilik ET İnstitutunda oldular Dünya Bankının nümayəndələri Əkinçilik ET İnstitutunda oldular Dünya Bankının nümayəndələri Əkinçilik ET İnstitutunda oldular