Əkinçilik ET İnstitutunda “Dünyada və Azərbaycanda çəltiyin inkişaf tarixi, məhsuldarlıq dinamikası və innovativ becərmə texnologiyası” mövzusunda elmi seminar keçirildi

19.04.2019 tarixində Əkinçilik ET İnstitutunda “Dünyada və Azərbaycanda çəltiyin inkişaf tarixi, məhsuldarlıq dinamikası və innovativ becərmə texnologiyası” mövzusunda elmi seminar keçirildi. Seminarı giriş sozü ilə açan institutun istehsalat üzrə direktor müavini Atif Zamanov elmi seminarların vaxtaşırı keçirilməsinin əhəmiyyətindən və gənclərin elmi tədqiqat işlərinin aparılmasında rolundan bəhs etdi. Sonra o, təqdimatla çıxış etmək üçün sözü “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin kiçik elmi işçisi Tarıverdi İslamzadəyə verdi. T. İslamzadə çəltiyin inkişaf tarixindən, innovativ becərmə texnologiyasından, çəltiyin məhsuldarlıq dinamikasından, düyünün əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, çəltik 10 min il əvvəl Çin, 6 min il əvvəl isə Hindistanda becərilmişdir. Afrikada çəltik 3500 il əvvəl becərilmişdir. Niger çayının deltasından Seneqala qədər uzanmışdır. Çəltik Amerikaya doğma deyil, Avropalı müstəmləkəçiləri tərəfindən erkən dövrdə İspan kaloniyaçıları 1520-ci illərdə Braziliya və Meksikaya gətirmişdir. Afrikalılar Yeni Dünyada düyünün becərilməsində fəal rol oynayıblar. Çəltik becərilməsi Kaliforniyadakı Gold Rush (1848-1855) dövründə başladı, təxminən 40 min Çinli işçi dövlətə köçdü və öz istehlakı üçün kiçik miqdarda çəltik yetişdirdi. Amerikada çəltik becərilməsində təcrübəsi olan İngilis köçkünlər tərəfindən Avstraliyada əkilmiş bitkilərdən biri idi. Tarixçi pr. M.Şərifli yazır ki, XII əsrdə əkinçilik X əsrə nisbətən xeyli tərəqqi etmişdi. Xüsusilə də buğda, darı və çəltik əkini çox yayılmışdı. XIII əsrin əvvəllərində monqolların Azərbaycana hücumu zamanı KT-na dəyən zərərdən danışarkən çəltiyin adı çəkilir. XII əsrdə böyük Azəbaycan şairi N.Gəncəvi əsərlərində buğda, arpa, darı, çəltik bitkiləri və onlardan hazırlanan nemətlərin adları dönə-dönə qeyd etmişdir. Çəltik yüzdən çox ölkədə yetişdirilir və təxminən 158 milyon hektar olan ümumi məhsul sahəsi ilə ildə 700 milyon tondan çox məhsul istehsal edir (470 milyon ton ağırlığında düyü). Asiyada təxminən 640 milyon ton çəltik yetişdirilir və qlobal istehsalın 90 faizini təşkil edir. Afrika da təxminən 19 milyon ton, Latın Amerikası isə təxminən 25 milyon ton istehsal edir. Asiyada və Afrikada demək olar ki, bütün çəltik 0,5-3 hektar kiçik fermer təsərrüfatlarında yetişdirilir. Çəltik sahələri sürətlə böyüyür və digər bitkilərdən çox  məhsuldardır. Ən yüksək çəltik məhsuldarlığı ənənəvi olaraq günün uzun olduğu və yüksək əkinçilik texnikasının tətbiq olunduğu yüksək geniş ərazilərdə ya da çox yüksək günəş enerjisi olan aşağı hündürlüklü çöl ərazilərində alınmışdır.

Dünyanın ən böyük çəltik istehsalçılarından bəhs edərək vurguladı ki, əkin sahəsi Hindistana nisbətən Çində az olsa da, yüksək məhsuldarlıq səbəbiylə düyü istehsalı daha çoxdur, çünki Çinin çəltik sahəsinin təxminən hamısı suvarılır, Hindistanda çəltik sahəsinin yarısından az hissəsi suvarılır. Çin, Hindistan, İndoneziya, Banqladeş, Vyetnam, Tayland orta hesabla 30 milyon tondan çox çəltik istehsal edir və dünya istehsalının 80 faizindən çoxunu təşkil edir. T.İslamzadə geniş təqdimatla birgə maraqlı məlumatlar diqqətə çatdırdı. Sonra o, mövzuya aid videoçarx nümayis etdirdi. Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və müzakirələr aparıldı.

 

 

 

 

 

 

 

 


Əkinçilik ET İnstitutunda “Dünyada və Azərbaycanda çəltiyin inkişaf tarixi, məhsuldarlıq dinamikası və innovativ becərmə texnologiyası” mövzusunda elmi seminar keçirildi Əkinçilik ET İnstitutunda “Dünyada və Azərbaycanda çəltiyin inkişaf tarixi, məhsuldarlıq dinamikası və innovativ becərmə texnologiyası” mövzusunda elmi seminar keçirildi Əkinçilik ET İnstitutunda “Dünyada və Azərbaycanda çəltiyin inkişaf tarixi, məhsuldarlıq dinamikası və innovativ becərmə texnologiyası” mövzusunda elmi seminar keçirildi Əkinçilik ET İnstitutunda “Dünyada və Azərbaycanda çəltiyin inkişaf tarixi, məhsuldarlıq dinamikası və innovativ becərmə texnologiyası” mövzusunda elmi seminar keçirildi Əkinçilik ET İnstitutunda “Dünyada və Azərbaycanda çəltiyin inkişaf tarixi, məhsuldarlıq dinamikası və innovativ becərmə texnologiyası” mövzusunda elmi seminar keçirildi Əkinçilik ET İnstitutunda “Dünyada və Azərbaycanda çəltiyin inkişaf tarixi, məhsuldarlıq dinamikası və innovativ becərmə texnologiyası” mövzusunda elmi seminar keçirildi