Əkinçilik ET İnstitutunun əməkdaşı Moskvada keçirilən V Beynəlxalq Elmi-metodiki konfransda iştirak etmişdir

15-19 aprel 2019-cu il tarixində Moskvada Federal Dövlət Büdcə Elmi Təşkilatı və Ümumrusiya Bağçılıq və Tingçilik Seleksiya-Texnoloji İnstitutunda (ФГБНУ ВСТИСП) təşkil olunmuş "Kənd təsərrüfatı bitkilərinin seleksiyası və introduksiyasında fiziologiya və biokimyanın rolu" mövzusunda V Beynəlxalq Elmi-metodiki konfrans keçirilmişdir. Konfransda 10 ölkədən (Azərbaycan, Belarus, Bolqariya, Kazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Slovakiya, Ukrayna, Özbəkistan) müxtəlif sayda nümayəndələr iştirak edirdi. Əkinçilik ET İnstitutunun “Bitki fiziologiyası və biotexnologiya" şöbəsinin aparıcı elmi işçisi Təmraz Təmrazov və  Azərbaycan Respublikasından daha iki iştirakçı konfransa qatılmışdı. Konfrans əsasən kənd təsərrüfatı bitkilərinin fiziologiyası və biokimyasında mövcud olan fundamental və tətbiqi tədqiqat sahələrinin inkişafına, eyni zamanda fiziologiya və biokimyanın müasir istiqamətli metod və tendensiyaların öyrənilməsi və tətbiqinə həsr olunmuşdur. T.Təmrazov konfransda “Morphophysiological aspects of the productivity of winter wheat varieties Azerbaijani breeding” (Azərbaycan seleksiyasının payızlıq buğda genotiplərinin məhsuldarlığının morfofizioloji aspektiləri) mövzusunda təqdimatla çıxış etmişdirQeyd edək ki, o, konfransda plenar və stend formalarında çıxış təqdim etmişdir. Çıxışdan sonra sertifikat təqdim olunmuşdur.

 

 


Əkinçilik ET İnstitutunun əməkdaşı Moskvada keçirilən V Beynəlxalq Elmi-metodiki konfransda iştirak etmişdir Əkinçilik ET İnstitutunun əməkdaşı Moskvada keçirilən V Beynəlxalq Elmi-metodiki konfransda iştirak etmişdir Əkinçilik ET İnstitutunun əməkdaşı Moskvada keçirilən V Beynəlxalq Elmi-metodiki konfransda iştirak etmişdir