Tərtər və Yevlax DAİM-lərdə “Qarğıdalı bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyalarının və aqrotexniki tədbirlərin əhəmiyyəti” mövzusunda təlim seminarı keçirildi

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 15-16 aprel 2019-cu il tarixlərində Əkinçilik ET İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova tərəfindən fermerlərə Tərtər və Yevlax DAİM-lərdə “Qargıdalı bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyalarının və aqrotexniki tədbirlərin əhəmiyyəti” mövzusunda təlim seminarı keçirildi. Təlimlərdə ümumilikdə taxılçılıqla məşğul olan 46 nəfər fermer iştirak edirdi. Respublika ərazisində becərilən qarğıdalı sahələrində məhsuldarlığa və onun keyfiyyətinə mənfi təsir edən amillər və onlara qarşı aparılan əhəmiyyətli aqrotexniki tədbirlərin həyata keçirilməsinə aid olan təlim materialları yüksək səviyyədə hazırlanmış prezentasiya şəklində təqdim olunmuşdur. Təlim maraqla qarşılanmış, geniş diskussiyya şəklində keçməklə fermerləri maraqlandıran suallar dinlənilmiş və keçirilən tədbirlərin mütəmadi və vaxtında təkrarən keçirilməsi, lazımi braşura və təlimatlandırıcı metodikaların paylanılması, Əkinçilik Elmi Tədqiqat İnstitutunun yeni yaradılmış məhsuldar və tezyetişən qarğıdalı sortlarından istifadə etmək, yerindəcə sahələrə baxış keçirilməsi kimi təkliflər verilmişdir.

 

 

 

 


Tərtər və Yevlax DAİM-lərdə “Qarğıdalı bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyalarının və aqrotexniki tədbirlərin əhəmiyyəti” mövzusunda təlim seminarı keçirildi Tərtər və Yevlax DAİM-lərdə “Qarğıdalı bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyalarının və aqrotexniki tədbirlərin əhəmiyyəti” mövzusunda təlim seminarı keçirildi Tərtər və Yevlax DAİM-lərdə “Qarğıdalı bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyalarının və aqrotexniki tədbirlərin əhəmiyyəti” mövzusunda təlim seminarı keçirildi Tərtər və Yevlax DAİM-lərdə “Qarğıdalı bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyalarının və aqrotexniki tədbirlərin əhəmiyyəti” mövzusunda təlim seminarı keçirildi