Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər

25.04.2019 tarixində Bakı Dövlət Universitetinin biologiya fakültəsinin IV kurs tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda oldular. BDU “Botanika” kafedrasının dosentləri Lalə Mehdiyeva və Zemfira Zeynalovanın rəhbərliyi altında rus və azərbaycan bölməsi, 089 və 087-ci qrup tələbələri yaz-tarla təcrübə sahələrinə baxış keçirdilər. Sahədə onları “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin müdiri, b.ü.f.d., dosent Tofiq Allahverdiyev, “Bitki seleksiyası” şöbəsinin müdiri, a.e.ü.f.d., dosent Abidin Abdullayev, “Xəstəlik  və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi Ehtibar İbrahimov qarşıladı. Tələbələri institutun təcrübə sahəsində qarşılayan alimlər onlara Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tədqiqat prioritetləri, vəzifələri, nailiyyətləri, Əkinçilik ET İnstitutunun rayonlaşmış kənd təsərrüfatı bitki sortları, şöbə və laboratoriyaları,təcrübə bazalari, orta müddətli genbank və s. haqqında bilgilər verdilər. T.Allahverdiyev tələbələrə “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin təcrübə sahələrini nümayiş etdirməklə yanaşı genotiplərin morfofizioloji əlamətlərindən və donor-akseptor nisbətindən asılı olaraq karbon qazı assimilyasiyasının tədqiqi, quraqlıq stresinin müxtəlif bərk və yumşaq buğda  genotiplərinin fotosintetik qaz mübadiləsinə təsirinin öyrənilməsi, yetkin və qeyri-yetkin rüşeymlərdən hüceyrə kulturasının induksiya olunan morfogenez xüsusiyyətlərinin öyrənilməsi, müxtəlif buğda genotiplərində abiotik və biotik stress şəraitlərində morfofizioloji, biokimyəvi, və adaptasiya xüsusiyyətlərinin və aqronomik göstəricilərin tədqiqi, yüksək məhsuldarlığı şərtləndirən əlamətlərin müəyyən edilməsi və seleksiyada istifadəsi, stress amillərə davamlılığın fizioloji, biokimyəvi və molekulyar xüsusiyyətlərinin tədqiqi istiqamətində buğda və digər dənli bitkilərin quraqlığa və duza davamlılığında baş verən fizioloji və biokimyəvi proseslərin tədqiqi, buğda bitkisinə stress amillərin təsirinin molekulyar mexanizmlərinin, in vitro şəraitində siqnal sistemi əsasında hüceyrə səviyyəsində adaptivliyin öyrənilməsi, beynəlxalq seleksiya mərkəzlərindən introduksiya olunan dənli və dənli-paxlalı bitki nümunələrinin morfofizioloji xüsusiyyətlərinə görə qiymətləndirilməsi, Abidin Abdullayev dünya seleksiyasının nailiyyətlərindən istifadə etməklə sortalma prosesinin sürətləndirilməsi, yerli və introduksiya olunmuş bitki rüşeym plazmalarının seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni sortların yaradılması, torpaq-iqlim şəraitinin müxtəlifliyinə zəif reaksiya göstərən plastik sortların yaradılması üçün eyniləşdirilmiş ekoloji sort sınaqlarının keçirilməsi, yumşaq və bərk buğda sortlarında müxtəlif təsərrüfat qiymətli keyfiyyət və kəmiyyət əlamətlərini idarə edən genlərin təyin edilməsi, həmin genləri daşıyan xromosomların müəyyənləşdirilməsi, genotiplərin mühüm əlamət və xüsusiyyətlərə görə genetik pasportlaşdırılması, buğda bitkisində məhsuldarlığı və, o cümlədən xəstəlik və zərərvericilərə davamlılığı, müxtəlif abiotik stress amillərə qarşı tolerantlığı təmin edən donorların təyini, onların daşıdıqları effektli genlərin ekspressiyasının tədqiqi və səmərəli istifadəsi, buğda genotiplərində dənin keyfiyyətini idarə edən genetik markerlərin müəyyənləşdirilməsi və seleksiyada istifadəsi, yem bitkilərinin genofondunun yaradılması, stress amillərə davamlı, keyfiyyətli və məhsuldar formaların seçilərək seleksiyada istifadəsi, buğda genomunun rekonstruksiyasında növlərarası hibridləşmədən geniş istifadənin təmin edilməsi, “Xəstəlik  və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçisi Ehtibar İbrahimov İnstitutun mandatına daxil olan yerli, CIMMYT və ICARDA-dan introduksiya olunmuş bitki rüşeym plazmalarının kompleks xəstəlik və zərərvericilərə davamlılıqlarının müəyyən edilməsi, Respublikanın suvarma və dəmyə şəraitlərində taxılçılıq və fermer təsərrüfatlarında fitosanitar vəziyyətin qiymətləndirilməsi, müşahidə edilən göbələk xəstəlikləri törədiciləri və zərərvericilərin növ tərkibinin müəyyən edilməsi, onların bioekoloji xüsusiyyətlərinin öyrənilməsi, əsas xəstəlik və zərərvericilərin diaqnostikası üzrə effektiv metodların seçilməsi, immunoloji, aqrotexniki, kimyəvi və digər mübarizə tədbirləri sisteminin işlənib hazırlanması, taxıl bitkilərinin əsas xəstəlik törədicilərinin müxtəlif populyasiyalarının növdaxili ras tərkibinin müəyyən edilməsi əsasında davamlı sortların yaradılması prosesində istifadə məqsədi ilə sahib bitki və patogen qarşılıqlı təsirinə əsaslanan fitopatoloji və genetik parametrlərin müəyyənləşdirilməsi, xəstəliklərə qarşı davamlı donorların müəyyən edilməsi, buğdanın sarı pas və bərk sürmə xəstəliklərinə qarşı genetik davamlılıq bankının yaradılması, respublikanın müxtəlif zonalarında becərilən dənli-taxıl və paxlalı bitkilərin xəstəlik və zərəvericilərinin etiologiyası, yayılması və inkişaf dinamikası qanunauyğunluqlarının öyrənilməsi, xəstəlik, zərərverici və alaq otlarının yayılması, onların zərərvurma həddlərinin müəyyən edilməsi və əsas zərərli növlərin diaqnostikası üzrə effektiv metodların seçilməsi, immunoloji, aqrotexniki, kimyəvi və digər mübarizə tədbirlərinin tətbiqi, yeni kimyəvi bitki mühafizə preparatlarının sınağı, onların ekoloji təhlükəsiz və rasional qaydada tətbiqinin müəyyən edilməsi, inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması, xəstəlik və zərərvericilərə qarşı səmərəli mübarizə tədbirlərinin aparılması üçün elmi müəssisələr, regional və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, fiziki və hüquqi şəxslərin taxıl və digər kənd təsərrüfatı bitkiləri əkinlərində rast gəlinən xəstəlik və zərərvericilərin növ tərkibinin müəyyən edilməsi, eləcə də onlara qarşı mübarizə tədbirlərinin seçilməsi, kimyəvi və bioloji preparatların normalarının dəqiqləşdirilməsi və tətbiqi üzrə xidmətlərin göstərilməsi və s. kimi məlumatları tələbələrin diqqətinə çatdırdılar.

BDU -nun biologiya fakultəsi tələbələrinin dediklərinə görə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrini görmək və maraqlı məlumatlar əldə etmək onlarda aqrar sahəyə olan marağı daha da artırdı. Sonda Əkinçilik Elmi-Tədqiqat İnstitutu qarşısında xatirə şəkilləri çəkildi.


Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər