Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər

26.04.2019 tarixində Bakı Dövlət Universitetinin biologiya fakültəsi, “Botanika” kafedrasının əməkdaşı, biologiya elmləri namizədi Sevinc Quliyevanın rəhbərliyi altında IV kurs  082A qrup tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər. Onlar yaz-tarla təcrübə sahələrində, həmçinin laboratoriyalarda oldular. “Dənin keyfiyyəti” laboratoriyasının müdiri, b.ü.f.d. Qətibə Həsənova  tələbələrə laboratoriyanın  fəaliyyət istiqamətlərindən bəhs edərək, bitki seleksiyası şöbəsi ilə kompleks şəkildə yumşaq və bərk buğdalar, arpa, qarğıdalı və ərzaq paxlalılarının dən keyfiyyətinin fiziki, biokimyəvi, texnoloji və genetik xüsusiyyətlərinin tədqiqi, həm ilkin materialın, həm də seleksiyanın muxtəlif mərhələlərində dən keyfiyyətinə görə materialların  qiymətləndirməsi və təsərrüfat əhəmiyyətli xətlərin seçilməsi, biokimyəvi genetika, biokimya və texnologiyanın müasir metodlarının tətbiqi ilə ekoloji plastik, yüksək məhsuldar sortların dən keyfiyyətinə görə qiymətləndirilməsi, müxtəlif aqroekoloji şəraitdə buğdanın dən keyfiyyətinin yüksəldilməsinin biokimyəvi, genetik və texnoloji xüsusiyyətlərinin tədqiqi və seleksiyada tətbiqi, gen və genlər blokunun müəyyənləşdirilməsi ilə yaradılacaq yeni sortun yüksək dən keyfiyyətinin əvvəlcədən proqnozlaşdırılması və onlardan təsərrüfat əhəmiyyətli göstəricilərin markeri kimi istifadəsi, buğdada qliadin və qlüteinin, arpa və qarğıdalıda hordein və zein ehtiyat zülallarının tədqiqi, yumşaq buğdalarda un çıxımı və çörəkbişirmənin kompleks göstəriciləri, bərk buğdalarda makaron və yarma keyfiyyətinin tədqiqi, sort və nümunələrin keyfiyyət göstəricilərinin təyini və qiymətləndirilməsi istiqamətində xidmətlərin göstərildiyini qeyd etdi. Təcrübə sahəsində tələbələri qarşılayan alimlər “Bitki seleksiyası” şöbəsinin müdiri, a.e.ü.f.d., dosent Abidin Abdullayev şöbənin fəaliyyət istiqamətləri, nailiyyətləri haqqında, şöbənin icraçı əməkdaşı, a.e.ü.f.d., dosent Sevda Hacıyeva seleksiyanın əhəmiyyətindən, institutun rayonlaşmış taxıl sortlarından, hibridləşmə prosesindən, “Xəstəlik  və zərərvericilərə nəzarət” laboratoriyasının böyük elmi işçisi Kərimova Şamama sarı pas və unlu şeh xəstəliyinin məhsuldarlığa təsirindən və s. haqqında onlara maraqlı və ətraflı məlumatlar verdilər. Tələbələr Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olduqları müddətdə təcrübə sahələrində və laboratoriyalarda xatirə şəkilləri çəkdirdilər.  


Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər Bakı Dövlət Universitetinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda təcrübə keçdilər