Heyvandarlıq Elmi-Təqdqiqat İnstitutunda “Damazlıq quşçuluğun mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirildi

26.04.2019 tarixində Gəncə şəhəri Heyvandarlıq Elmi-Təqdqiqat İnstitutunda “Damazlıq quşçuluğun mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirildi. Seminarda institutun kollektivi Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Asəf Ömərov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elmi-Təqdqiqat İnstitutlarının nümayəndələri, elmi işçilər, quşçuluqla məşğul olan sahibkarlar və onların rəsmi heyəti və başqaları iştirak edirdilər. Əkinçilik Elmi-Tədqiqat İnstitutu Yemlərin texnologiyasi və zootexniki qiymətləndirilməsi laboratoriyasinın müdiri a.e.ü.f.d. Sevil Abbasquliyeva seminarda “Bitki mənşəli yemlərin quşçuluqda əhəmiyyəti” mövzusunda təqdimatla çıxış etdi. O, quşçuluq sahəsində innovativ inkişafın həyata keçirilməsində düzgün yemləmənin rolundan, yaşıl yemlərlə quşların bəslənməsinin əhəmiyyətindən bəhs etdi. Seminarda diqqətə çatdırılan müxtəlif  mövzular ətrafında suallar səsləndirildi və müzakirələr aparıldı.

 


Heyvandarlıq Elmi-Təqdqiqat İnstitutunda “Damazlıq quşçuluğun mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirildi Heyvandarlıq Elmi-Təqdqiqat İnstitutunda “Damazlıq quşçuluğun mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirildi Heyvandarlıq Elmi-Təqdqiqat İnstitutunda “Damazlıq quşçuluğun mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirildi