Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib

07.05.2019  tarixindəƏkinçilik Elmi-Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş  tədbir keçirildi. Ümummilli lider, dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib. Müasir müstəqil Azərbaycanda qazanılan uğurlar Ulu Öndərin müdrik siyasətinin bəhrəsidir. Bu fikirləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün keçirilən tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai vurguladı. Dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik təcrübəsinin, azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışan C.Təlai bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. O, Azərbaycan xalqının lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirmişdir. Ümummilli Lider elmə, təhsilə, mədəniyyətə həmişə xüsusi diqqət və qayğı göstərib. Ulu öndər Heydər Əliyevin parlaq ideyaları Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Bu gün tərəqqi edən ölkəmiz ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar sonsuz sevinc və qürur hissləri doğurur. Ulu öndər Heydər Əliyevin bütün həyatını, fəaliyyətini doğma Azərbaycana həsr etdiyini söyləyən C. Təlai diqqətə çatdırdı ki, Ümummilli Liderin tariximizdə xidmətləri, böyük xilaskarlıq rolu misilsizdir. Biz fəxr edirik ki, dahi şəxsiyyət Heydər Əliyev kimi Ümummilli Liderimiz var. Ulu Öndərin əziz xatirəsi ürəklərdə daimi olaraq yaşayacaqdır.Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi “ laboratoriyasının müdiri Sevil Abbasquliyeva, Respublikamızın müstəqilliyi və azadlığı uğrunda apardığı misilsiz işlərdən  “Bitki seleksiyası” şöbəsinin baş elmi işçisi Mehdi Mehdiyev, Ümummilli Lider Heydər Əliyevlə şəxsi görüşlərindən “Torpaq və bitki analizləri” laboratoriyasının  baş  elmi işçisi Yasin Kərimov, Ümummilli Liderin tariximizdə xidmətləri, böyük xilaskarlıq rolundan ”Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin elmi işçisi Rəhminə Zamanova bəhs etdilər.Ulu öndərin xatirəsinə həsr olunmuş şerlər səsləndi, videoçarx nümayiş etdirildi.


Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib Dahi rəhbər Heydər Əliyev xalqımıza xoşbəxt, firavan həyat bəxş edib