Əkinçilik Elmi-Tədqiqat İnstitutu 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir

Bu gün Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) işə başlayıb. Mayın 17-nə qədər davam edəcək sərginin açılış mərasimi Kənd Təsərrüfatı Naziri İnam Kərimovun iştirakı ilə baş tutub. Nazir bildirib ki, Azərbaycanda aqrar sektor sürətlə inkişaf edir: “Bu ilin I rübündə kənd təsərrüfatı sahəsində 3,6% artım olub. Bu tendensiya ilin sonuna qədər davam edəcək. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əsas məsələ aqrar sahədə innovasiyaların tətbiqidir. “Caspian Agro” sərgisinə maraq getdikcə artır. Bu sərgi fermerlər üçün əlverişli mühit yaradır''.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Bakı Ekspo Mərkəzində regionun ən geniş miqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı Caspian Agro Sərgisində institutun rayonlaşmış  buğda, arpa, qarğıdalı, sortlarının dərzlərini, toxumlarını və onlara dair təsərrüfat göstəricilərini illüstrativ, Əzəmətli - 95 yumşaq buğda sortunun əkin sahəsini isə mobil şəkildə sərgiləyir. Həmçinin sərgidə institutun patentlə mühafizə olunan yumşaq buğda sortlarından bişirilmiş çörəkləri də nümayiş etdirilir. Nümayiş etdirilən nümunələr sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır. Sərgi iştirakçılarına Əkinçilik ET İnstitutunun sortlarına və onların becərilmə texnologiyalarına dair tövsiyələr də təqdim olunur və müvafiq mütəxəssislər tərəfindən zəruri bilgilər verilir.

Kənd təsərrüfatı üzrə aparıcı tədbir olan Caspian Agro sərgisi regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqinə, eləcə də təcrübə mübadiləsinə, yerli və xarici təsərrüfatçılar arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsinə kömək edir.

Fermerlərin də yer aldığı sərgi ziyarətçilərlə görüşmək və öz məhsullarını əyani şəkildə nümayiş etdirmək üçün ideal fürsət əldə etməyə imkan verir.


Əkinçilik Elmi-Tədqiqat İnstitutu 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir Əkinçilik Elmi-Tədqiqat İnstitutu 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir Əkinçilik Elmi-Tədqiqat İnstitutu 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir Əkinçilik Elmi-Tədqiqat İnstitutu 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir Əkinçilik Elmi-Tədqiqat İnstitutu 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir Əkinçilik Elmi-Tədqiqat İnstitutu 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir Əkinçilik Elmi-Tədqiqat İnstitutu 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir Əkinçilik Elmi-Tədqiqat İnstitutu 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir Əkinçilik Elmi-Tədqiqat İnstitutu 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir Əkinçilik Elmi-Tədqiqat İnstitutu 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edir