Tərtər Bölgə Təcrübə Stansiyasında elmi-praktiki konfrans keçirildi

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik ET İnstitutu, Tərtər Bölgə Təcrübə Stansiyası və Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtərdə 21 may 2019-cu il tarixində “Aqrar sahənin innovasiyalı inkişafında informasiya-məsləhət xidmətinin rolu” mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransda alim və mütəxəssislərlə yanaşı fermerlər, kənd təsərrüfatı məhsul istehsalçıları, informasiya məsləhət xidmətinin nümayəndələri iştirak edirdilər. Konfransı giriş sözü ilə açan Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ölkə iqtisadiyyatında strateji sahələrdən biri olduğunu vurğuladı, konfransın məqsədi, əhəmiyyəti, informasiya məsləhət xidmətinin Aqrar Sənaye Kompleksinin inkişafındakı rolundan ətraflı olaraq bəhs etdi. Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev öz çıxışında Tərtər rayonunun ölkənin kənd təsərrüfatı məhsul istehsalındakı payı, rayonun kənd təsərrüfatının inkişafında rol oynayan prioritet istiqamətləri, cari təsərrüfat ilində əkinlərin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barəsində geniş məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırdı. Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova stansiyada ayrı-ayrı prioritet istiqamətlər üzrə aparılan seleksiya, becərmə texnologiyalarına dair elmi-tədqiqat işlərindən, əldə edilən nəticələrdən, fermerlərlə qarşılıqlı əməkdaşlıqdan və s. haqqında ətraflı danışdı. Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Məhərrəm Əliyev rəhbərlik etdiyi müəssisənin qarşısında duran vəzifələr, fermerlərin maarifləndirilməsi ilə əlaqədar apardıqları informasiya məsləhət xidmətləri, keçiriləcək tədbirlər haqqında məlumat verdi. Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov konfransda “Taxılçılıq sahəsinin inkişafında innovativ texnologiyaların tətbiqinin əhəmiyyəti haqqında”, Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin aparıcı elmi işçisi Sevindik Dünyamalıyev “Kənd təsərrüfatının yeni innovativ texnologiyalar əsasında inkişafında məsləhət xidmətinin rolu və vəzifələri”, Bitki seleksiyası şöbəsinin aparıcı elmi işçisi Mehdi Mehdiyev “Fermer təsərrüfatlarında səmərəli iqtisadiyyatın təşkili məqsədilə ilkin uçotun qurulması və əhəmiyyəti” haqqında çıxış etdilər. Konfransda fermerlərin birgə iştirakı ilə mövzu ətrafında müzakirələr keçirildi və onların sualları ətraflı olaraq cavablandırıldı. Konfransın gedişində Tərtər BTS-də tarla şəraitində taxılçılıq sahəsində tətbiq edilən innovativ texnologiyaların üstünlükləri fermerlərə nümayiş etdirildi.


Tərtər Bölgə Təcrübə Stansiyasında elmi-praktiki konfrans keçirildi Tərtər Bölgə Təcrübə Stansiyasında elmi-praktiki konfrans keçirildi Tərtər Bölgə Təcrübə Stansiyasında elmi-praktiki konfrans keçirildi Tərtər Bölgə Təcrübə Stansiyasında elmi-praktiki konfrans keçirildi Tərtər Bölgə Təcrübə Stansiyasında elmi-praktiki konfrans keçirildi Tərtər Bölgə Təcrübə Stansiyasında elmi-praktiki konfrans keçirildi Tərtər Bölgə Təcrübə Stansiyasında elmi-praktiki konfrans keçirildi Tərtər Bölgə Təcrübə Stansiyasında elmi-praktiki konfrans keçirildi Tərtər Bölgə Təcrübə Stansiyasında elmi-praktiki konfrans keçirildi Tərtər Bölgə Təcrübə Stansiyasında elmi-praktiki konfrans keçirildi