Əkinçilik ET İnstitutunun əməkdaşları payızlıq buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq səyyar seminarda iştirak etdilər

Əkinçilik ET institutunun direktoru Cavanşir Təlai, institutun təşkilatı strukturuna daxil olan Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov cari ilin 27-31 may tarixində Xorvatiya və Macarıstanda «Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram» (IWWIP) çərçivəsində keçirilən beynəlxalq səyyar seminarda iştirak etmişlər. Sözügedən seminar bu proqram çərçivəsində iki ildən bir ayrı-ayrı ölkələrdə keçirilir. Oxşar beynəlxalq seminar 2015-ci ildə 25-27 may iarixində Azərbaycanda Əkinçilik ET İnstitutunda yüksək təşkilatçılıq səviyyəsində keçirilmişdir. Tədbirdə Mərkəzi və Qərbi Asiya, Cənubi Qafqaz, Qərbi və Şərqi Avropa və Şimali Amerikanı təmsil edən 15 ölkənin 70-ə qədər nüymayəndəsi iştirak edirdi. Proqramın təsisçiləri Türkiyə Respublikası Kənd Təsərrüfatı, Meşəçilik Nazirliiyi, Buğda və Qarğıdalının Seleksiyası üzrə Beynəlxalq Mərkəz (CİMMYT) və Quraq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzidir (İCARDA). Proqramın əsas məqsədi Mərkəzi və Qərbi Asiya və Cənubi Qafqaz regionları üçün payızlıq və fakultativ buğdaların genetik materiallarını yaxşılaşdırmaq və inkişaf etdirməkdədir. Həmçinin IWWIP müstəqil şəkildə dünyadakı seleksiya prqramları ilə buğda genetik materialların mübadiləsində də yaxında iştirak edir. IWWIP 1980-ci illərin ortasında Türkiyə Respublikası və CİMMYT tərəfindən payızlıq yumşaq buğdanın seleksiyası üçün təsis edilmişdir. İCARDA Suriyadakı fakultativ buğda seleksiyası fəaliyyətlərini inteqrasiya edərək 1991-ci illərdə bu proqramın təsisçisi qismində iştirak edir. IWWIP-nin əsas fəaliyyəitlərinə region üçün uyğun payızlıq və fakultativ buğda növlərinin seleksiyası üçün Türkiyənin fərqli aqro-ekoloji şəraitlərindən faydalanması, suvarma və quraq dəmyə bölgələr üçün genetik materialların inkişaf etdirilməsi, region ölkələr milli seleksiya proqramlarına məxsus genetik materialların beynəlxalq sınaqdan keçirilməsi və sair daxildir. Hər il proqram çərçivəsində yaxşılaşdırılmış buğda seleksiyası xətləri sifariş əsasında 50-dən çox əməkdaşlıq edilən ölkənin 100-dən artıq tədqiqat müəssisələrinə göndərilir. IWWIP tərəfindən yaxşılaşdırılan genetik materiallar həm hibridləşmədə valideyn cütlərinin seçilməsində, həm də sort kimi istifadə olunur. IWWIP proqramı çərçivəsində yaradılmış 65-dən artıq sort Azərbaycan, Əfqanıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanda raoynlaşmış, seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilmşidir.

Əkinçilik İnstitutu tərəfindən 1996-cı ildən başlayaraq IWWIP və eləcə də digər beynəlxalq proqramlar çərçivəsində 9500-dən artıq payızlıq yumşaq buğda nümunələri introduksiya edilmiş, sınaqdan keçirilmiş və seleksiya işlərinə cəlb edilmişdir. Bu proqram çərçivəsində birgə əməkdaşlıq nəticəsində yumşaq buğdanın «Qobustan», «Tale 38», «Qızıl buğda», «Günəşli» və «Ləyaqətli 80»  sortları yaradılmış, rayonlaşmış və hal-hazırda ölkədə fermerlər tərəfindən əkilməkdədir. Hal-hazırda Əkinçilik ET İnstitutunun bu proqram çərçivəsində ölkənin suvarılan və dəmyə bölgələri üçün yaradılmış 8 yumşaq buğda sortlarının sort sınaqları davam etdirilməkdədir.

Seminar səyyar xarakterli olduğundan tədbir iştirakçıları Xorvatiyanın Osiyek və Macarıstanın Martanvaşarda fəaliyyət göstərən kənd təsərrüfatı institutlarına, onların təcrübə təsərrüfatlarına səfər etdilər. Onlar burada rayonlaşmış və Avropa Birliyinin Kataloquna daxil edilmiş payızlıq yumşaq buğda sortları, onların üstünlükləri, buğda seleksiyası proqramında nəzərdə tutulmuş fəaliyyətlər, toxum istehsalı, dən keyfiyyəti, xəstəliklərə davamlılıq istiqamətində aparılan molekulyar seleksiya fəaliyyətləri, genbankla yaxından tanış oldular və təcrübə mübadiləsi aparıldı. Hər iki institutda buğdanın seleksiyasının strukturuna yeni molekulyar seleksiya metodlarının inkişaf etdirilməsi, ənənəvi və molekulyar metodların birgə tətbiqi, seleksiyaya qədərki, genbank tədqiqatları, abioik və biotik streslərə davamllılığa və keyfiyyətinə görə seleksiya fəaliyyətləri, seleksiya yolu ilə sortların yaxşılaşdırılması, iqlim dəyişmələri fonunda davamlı məhsul istehsalı texnologiyasının səmərəliliyi, sort və toxum istehsalı, yayım xidməti və marketinq fəaliyyətləri daxildir. Buğda seleksiyası proqramının prioritetlərinə rəqabətqabiliyyətli yüksək məhsuldarılq göstəriciləri, əla və yaxşı çörəkbişirmə keyfiyyətinə və un çıxımına malik sortların yaradılması, abioik və biotik steslərə davamlı seleksiya, iqlim dəyişiklərinin təsirinin yumşaldılması, quraqlığa, istiyə və soyuğa davamlı sortların yaradılması kimi məsələlər aiddir.

Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai tədbirin proqramına uyğun olaraq «İWWİP proqramı çərçivəsində Azərbaycanda aparılmış seleksiya işlərinin nəticələri»  mövzusunda təqdimatla çıxış etdi. O, çıxışında Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların strukturu, payızlıq buğdanın son beş ildə Azərbaycanda əkin sahəsi və təsərrüfat göstəriciləri, mövcud problemlər, institutun tədqiaqat prioritetləri, İWWİP proqramları çərçivəsində introduksiya edilmiş genetik materialların həcmi müşətərək yaradılmış, rayonlaşmış və sınaqda olan yumşaq buğda sortları və onların morfobioloji xüsusiyyətlərinə geniş toxundu. Tədbir iştirakçıları tərəfindən Azərbaycanda aparılan buğdanın seleksiya işləri yüksək qiymətləndirildi. 

Tədbirin sonunda İWWİP xəttilə aparılan payızlıq buğdanın seleksiyası işləri və son iki ildə əldə edilən nəticələr, beynəlxalq səyyar seminarın yekunları geniş müzakirə edildi və gələcək əlaqələrin inkişaf perspektivləri müzakirə edildi.     

 


Əkinçilik ET İnstitutunun əməkdaşları payızlıq buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq səyyar seminarda  iştirak etdilər Əkinçilik ET İnstitutunun əməkdaşları payızlıq buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq səyyar seminarda  iştirak etdilər Əkinçilik ET İnstitutunun əməkdaşları payızlıq buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq səyyar seminarda  iştirak etdilər Əkinçilik ET İnstitutunun əməkdaşları payızlıq buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq səyyar seminarda  iştirak etdilər Əkinçilik ET İnstitutunun əməkdaşları payızlıq buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq səyyar seminarda  iştirak etdilər Əkinçilik ET İnstitutunun əməkdaşları payızlıq buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq səyyar seminarda  iştirak etdilər Əkinçilik ET İnstitutunun əməkdaşları payızlıq buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq səyyar seminarda  iştirak etdilər