Ağstafa və Qazaxda «Yem bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması» mövzusunda təlim seminarı keçirildi

11 iyun  2019-cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin təsdiq etdiyi iş planına əsasən Əkinçilik Elmi Tədqiqat İnstitutunun Ağstafa Yardımçı Təcrübə Təsərrüfatının şöbə müdiri Nazilə Əhmədova Ağstafa Yardımçı Təcrübə Təsərrüfatı və Qazax DAİM-də tarla şəraitində taxılçılıqla məşğul olan fermer və mütəxəssisin iştirakı ilə «Yem bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə  yerinə yetirilməsi və  təhlükəsizlik qaydalarına əməl olunması» mövzusunda təlim keçirdi. Təlimdə Ağstafa rayonundan əkinçiliklə məşğul olan 16,  Qazax rayonundan isə 12 nəfər fermer iştirak edirdi. Təlimçi Nazilə Əhmədova yem bazasının möhkəmləndirilməsində yüksək qidalılığa malik yem istehsalının artırılmasında əkmə yem bitkilərinin (çoxillik,birillik yem bitkiləri,kökümeyvəli,bostan,silosluq bitkilər) xüsusi əhəmmiyyətə malik olmasından,  keyfiyyətli yem bazasının yaradılmasında əkmə yem bitkilərinin, əsasən əkmə yem bitkilərindən çoxillik paxlalı yem bitkisi olan yoncanın (Medicago) əvəzedilməz roludan bəhs etdi, yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki qaydalara əməl edilməsinin məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri, üzvi və mineral gübrələrin əhəmiyyəti, torpağın qida maddələri ilə təmin olunmasıdan asılı olaraq veriləcək gübrə normalarının müəyyənləşdirilməsi, onların verilməsi qaydaları və s. barədə geniş məlumat vermişdir. Eyni zamanda təlim iştirakçılarına məhsul yığımının vaxtında, itkisiz  yerinə yetirilməsi üçün təhlükəsizlik qaydalarına əməl olunması tövsiyə olunmuşdur. 

Təlim çərçivəsində fermerləri maraqlandıran suallar ətraflı cavablandırılmış və mövzu ətrafında müzakirələr aparılmışdır.


Ağstafa və Qazaxda «Yem bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması» mövzusunda təlim seminarı keçirildi Ağstafa və Qazaxda «Yem bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması» mövzusunda təlim seminarı keçirildi Ağstafa və Qazaxda «Yem bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması» mövzusunda təlim seminarı keçirildi Ağstafa və Qazaxda «Yem bitkilərinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması» mövzusunda təlim seminarı keçirildi