Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin növbəti iclasında iştirak edib

11 iyun 2019-cu il tarixində Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Rəyasət Heyətinin Genişləndirilmiş Təntənəli iclasında iştirak edib. İclasda Beynəlxalq Elmlər Akademiyasının Prezidenti prof., Dr. Valter Kofler (Avstriya), Çin Elmlər Akademiyasının “Bir kəmər, Bir yol” Elm və Texnologiya Beynəlxalq İttifaqının icraçı sədri prof., Dr. Lin Yongxue və digər xarici qonaqlar iştirak ediblər. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyini Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai və Tərəvəzçilik ET İnstitutunun direktoru Elmar Allahverdiyev təmsil edirdi.

İclası giriş sözü ilə açan prof., Dr. Elçin Xəlilov BEA-nın Azərbaycan Bölməsinin bu illər ərzində göstərdiyi fəaliyyətlər və əldə edilmiş nailiyyətlər haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra sözü BEA-nın Prezidenti prof., Dr. Valter Koflerə verdi. O, çıxışında BEA-nın Azərbaycan Bölməsinin bu illər ərzində göstərdiyi fəaliyyəti, xüsusən də Azərbaycan elminin dünya elminə inteqrasiyasında prof.,Dr. Elçin Xəlilovun xidmətlərini yüksək dəyərləndirdi. İclasın gündəliyinə uyğun olaraq prof., tarix elmləri doktoru, Gürcüstan MEA-nın akademiki, Azərbaycan Milli Kulinariya Mərkəzinin Baş direktoru Tahir Əmiraslanov və prof., Dr., Gürcüstan MEA-nın akademiki, Azərbaycan Texniki Universitetinin “Metrologiya və Standartlaşma” kafedrasının müdiri Elçin İskəndərzadə BEA-nın Azərbaycan Bölməsinin akademiki seçildilər və onlara diplomlar təqdim olundu. Həmçinin BEA Azərbaycan Bölməsinə müxbir üzvləri seçildilər. İclasda həmçinin BEA AB-nin nəzdində “Tibb və Biologiya” və “Kulinariya (Nutriciologiya və Gastrosofiya)” bölmələrinin yaradılması haqqında da qərarlar verildi. Tədbirdə BEA AB-nin Prezidenti, BEA RTEA akademiki, prof., Dr. Xəlilov Elçin Nüsrət oğlunun 60-illik, BEA AB-nin Vitse-Prezidenti, BEA və RTEA akademiki, prof., Dr. Vəliyeva Məhbubə Nəbi qızının isə 70 illik yubileyinin təbrik təqdimatları keçirildi. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai isə öz növbəsində təmsil etdiyi müəssisənin kollektivi adından prof., Dr. Elçin Xəlilovu 60 illik yubileyi münasibəti ilə təbrik etdi və işlərində yeni-yeni uğurlar arzuladı.

Tədbirin sonunda BEA-nın Azərbaycan Bölməsi ilə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq institutları ilə elmi əməkdaşlığın gücləndirilməsi haqqında qərar qəbul edildi.

        


Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin növbəti iclasında iştirak edib Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin növbəti iclasında iştirak edib Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin növbəti iclasında iştirak edib Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin növbəti iclasında iştirak edib Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin növbəti iclasında iştirak edib Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin növbəti iclasında iştirak edib