Şəki və Qax DAİM-də “Yem bitkilərində aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim-seminarı keçirildi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 01.11.2018-ci il, 151 №-li əmrinə uyğun olaraq, 18.06.2019-cu il tarixində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Zamanova Rəhminə tərəfindən fermerlərə “Yem bitkilərində aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim-seminarı keçirildi.  

Təlimdə Şəki rayonundan heyvandarlıqla məşğul olan 17, Qax rayonundan isə 16 nəfər sahibkar fermer və mütəxəssis könüllülər iştirak etdi. Təlim iştirakçılarına müxtəlif  yem bitkilərinin qarışıq səpin sistemində və yaşıl konveyer üsulu ilə becərilməsində innovativ qulluq işlərinin vaxtında yerinə yetirilməsi,  yem istehsalında yemin vaxtında tədarük edilməsinin düzgün təşkil edilməsi, həyata keçirilən tədbirlər zamanı təhlükəsizlik qaydalarına düzgün əməl olunmasına xüsusi diqqət ayrılmasına bir sıra vacib, zəruri məqamların izah edilməsinə aydınlıq gətirilmiş və geniş müzakirə edilmişdir.

Heyvandarlıqla məşğul olan sahibkarlar, əsasən də  arıçı femerlər tərəfindən verilmiş suallar ətraflı cavablandırılmış, yaxşı bal verən yem bitkiləri haqda məlumat verilmişdir. Seminar iştirakçılarının bir sıra çətinliklərlə qarşılaşdığı məsələlər, xüsusən də hal-hazırda biçin vaxtı texnikanın vaxtında olmaması və çatışmaması və digər problemlər müzakirələrdə diqqətə çatdırıldı.

 


Şəki və Qax DAİM-də “Yem bitkilərində aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim-seminarı keçirildi Şəki və Qax DAİM-də “Yem bitkilərində aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim-seminarı keçirildi Şəki və Qax DAİM-də “Yem bitkilərində aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim-seminarı keçirildi Şəki və Qax DAİM-də “Yem bitkilərində aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim-seminarı keçirildi