Zaqatala DAİM-də “Tütün bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilmişdir

20 iyun 2019-cu il tarixində Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun   Zaqatala Bölgə Təcrübə Stansiyasının “Əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi, a.e.ü.f.d. Əminət Əliyeva tərəfindən Zaqatala rayonu üzrə Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) fermerlərə təlim-seminarı  keçirilmişdir. 

Təlimdə iştirak edən 17 nəfər fermer və fərdi təsərrüfat nümayəndələrinə “Tütün bitkisinə  aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusu üzrə təlim materialı geniş şəkildə çatdırılmışdır. Respublika ərazisində becərilən tütün bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyalarının və aqrotexniki tədbirlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinin əhəmiyyəti, təhlükəsizlik qaydalarına əməl olunmasına dair təlim materialı yüksək səviyyədə hazırlanaraq prezentasiya şəklində iştirakçılara təqdim olunmuşdur. Təlim maraqla qarşılanmış, geniş diskusiya şəklində keçməklə fermerləri maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin sonunda fermerlərin rəyi dinlənilmiş, belə tədbirlərin mütəmadi olaraq keçirilməsi, lazımi broşura, buklet, təlimatlandırıcı metodikaların paylanılması və sahələrə praktiki baxış keçirilməsi kimi təkliflər verilmişdir.

 


Zaqatala DAİM-də “Tütün bitkisinə  aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilmişdir Zaqatala DAİM-də “Tütün bitkisinə  aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilmişdir Zaqatala DAİM-də “Tütün bitkisinə  aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilmişdir Zaqatala DAİM-də “Tütün bitkisinə  aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilmişdir