Qobustan Bölgə Təcrübə Stansiyasında taxılçılığa həsr edilmiş Respublika Müşavirəsi keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Qobustan Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə 21 iyun 2019-cu il tarixində Qobustan rayonunda “Dəmyə şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi”nə həsr edilmiş Respublika Müşavirəsi keçirilmişdir. Əsası 1953-cü ildə qoyulmuş Qobustan Bölgə Təcrübə Stansiyasında hər il 2000-nə qədər yerli və xaricdən introduksiya edilən buğda və arpa sort nümunələri üzərində tədqiqatlar aparılır və istehsal edilən yüksək reproduksiyalı 300-350 ton elit toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının alim və mütəxəssislərilə yanaşı, bölgənin fermerləri, kənd təsərrüfatı məhsul istehsalçıları, DAİM-lərin rəhbər və mütəxəssisləri iştirak edirdilər.

Müşavirəni giriş sözü ilə açan Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov öz çıxışında  müşavirənin məqsədi, əhəmiyyəti, Qobustan rayonunun ölkənin kənd təsərrüfatı məhsul istehsalındakı payı, rayonun kənd təsərrüfatının inkişafında rol oynayan prioritet istiqamətləri, cari təsərrüfat ilində rayonda əkin sahələrinin mövcud vəziyyəti, biçinin gedişatı, qarşıda duran vəzifələr barəsində müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Qobustan DAİM-in direktoru Həsənağa Hüseynov kənd təsərrüfatının, xüsusən də onun taxılçılıq sahəsinin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ölkə iqtisadiyyatında strateji sahələrindən biri olduğunu, bu sahədə qarşıda duran həlli vacib məsələlər, kənd təsərrüfatında məhsuldarlığın artırılmasında və rəqabətqabiliyyətli məhsul istehsalında elmi-tədqiqat institutlarının, Aqrar Sənaye Kompleksinin inkişafında informasiya məsləhət xidmətinin rolu və sair məsələlərə toxundu.

Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai “Əkinçilik ET İnstitutunun taxılçılığa dair tədqiqat prioritetləri və taxıl yığımının vaxtında və itkisiz başa çatdırmaq üçün qarşıda duran vəzifələr” mövzusunda çıxış etdi. O, çıxışında respublikada taxıl biçinin uğurla davam etməsi, artıq 460 min hektardan artıq sahədə taxıl biçininin başa çatdığını, taxıl yığımını vaxtında başa çatdırmaq üçün nazirlikdə görülən əməli tədbirlərə, taxılçılıq sahəsində aparılan elmi-tədqiqatların əsas strateji istiqamətləri və tədqiqat prioritetlərinə və digər məsələlərə ətraflı toxundu. Qobustan BTS-in direktoru Atabəy Cahangirov və digərləri tədbirin gündəliyinə uyğun olaraq tarlada dəmyə şəraiti üçün yaradılmış yeni rayonlaşmış və perspektiv buğda, arpa sortlarının, yeni resursmühavizəedici innovativ texnologiyalar, nümunəvi əkinlərin, aqrodronun üstünlükləri haqqında müşavirə iştirakçılarına məlumat verdi və əyani şəkildə nümayiş etdirdi. Müşavirə konstruktiv şəraitdə keçdi, mövzu ətrafında geniş müzakirələr aparıldı və fermerlərin sualları ətraflı cavablandırıldı.


Qobustan Bölgə Təcrübə Stansiyasında taxılçılığa həsr edilmiş Respublika Müşavirəsi keçirilmişdir Qobustan Bölgə Təcrübə Stansiyasında taxılçılığa həsr edilmiş Respublika Müşavirəsi keçirilmişdir Qobustan Bölgə Təcrübə Stansiyasında taxılçılığa həsr edilmiş Respublika Müşavirəsi keçirilmişdir Qobustan Bölgə Təcrübə Stansiyasında taxılçılığa həsr edilmiş Respublika Müşavirəsi keçirilmişdir Qobustan Bölgə Təcrübə Stansiyasında taxılçılığa həsr edilmiş Respublika Müşavirəsi keçirilmişdir Qobustan Bölgə Təcrübə Stansiyasında taxılçılığa həsr edilmiş Respublika Müşavirəsi keçirilmişdir Qobustan Bölgə Təcrübə Stansiyasında taxılçılığa həsr edilmiş Respublika Müşavirəsi keçirilmişdir Qobustan Bölgə Təcrübə Stansiyasında taxılçılığa həsr edilmiş Respublika Müşavirəsi keçirilmişdir