Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə 04 iyul 2019-cu il tarixində Əkinçilik ET İnstitutunda görüş keçirildi. Görüşdə həmçinin Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi və digər məsul şəxslər də iştirak edirdilər. Görüşü giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qonaqları salamladıqdan sonra Dünya Bankının iqtisadi inkişaf məqsədlərinə xidmət edən ən böyük və zəruri donor təşkilatlardan biri olduğunu, Azərbaycanın aqrar sektoruna maliyyə dəstəyinin göstərməsi sahəsində əvəzsiz roluna, ölkədə kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin məqsəd və komponentlərinə, bu layihə çərçivəsində Əkinçilik ET İnstitutunun maddi-texniki bazasının gücləndirilməsinə, innovativ texnologiyaların rəqabətqabiliyyətli məhsul istehsalında roluna və sair məsələlərə ətraflı toxundu.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus bu illər ərzində aqrar sektorda səmərəli əməkdaşlığa və fəaliyyətə görə Kənd Təsərrüfatı Nazirliyinə öz dərin təşəkkürlərini bildirdi. O, Dünya Bankının Azərbaycanda kənd təsərrüfatının inkişafında təsir imkanları və həyata keçirilən layihələrin səmərəliliyi haqqında, təmsil etdiyi qurumun gələcəkdə rəqabətqabiliyyətli məhsul istehsalına təkan verən innovativ texnologiyaların aqrar sektorda tətbiqi və təşviqi istiqamətlərində əməkdaşlığın daha da gücləndirilməsini, Azərbaycanda həyata keçirilən layihələrin aqrar tədqiqat və təhsil, toxumçuluq sektorunun inkişafı sahəsindəki önəmini qeyd etdi.

Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai bu illər ərzində Dünya Bankı xəttilə icra olunan layihələrin institutun modernləşdirilməsində, tədqiqat proqramlarının təkmilləşdirilməsində, maddi-texniki bazasının gücləndirilməsindəki rolu haqqında ətraflı məlumat verdi. Sonra tədbir iştirakçıları Əkinçilik ET İnstitutunun “Dənin keyfiyyəti laboratoriyası”nda, toxum emalı müəssisəsində və digər sahələrdə oldular. Burada onlar Dünya Bankının xəttilə verilmiş avadanlıqlara baxış keçirdilər və aparılan işlərlə tanış oldular. Görüş iştirakçıları tərəfindən institutun tədqiqat və sortların inkişafı proqramına göstərilən dəstəyin nəticələrini yüksək qiymətləndirdi.

Görüşün sonunda Dünya Bankının Azərbaycanda aqrar sektorun inkişafına dəstəyin göstərilməsini bundan sonra da prioritet olaraq qaldığı bildirildi.


Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə Əkinçilik ET İnstitutunda görüş keçirildi