Çinin Northwest A and F Universitetinin professoru Əkinçilik institutuna səfər etdi

Çin Xalq Respublikasının Northwest A and F Universitetinin Buğdanın Yaxşılaşdırılması üzrə Yangling Milli Mərkəzinin professoru Song Weining Əkinçilik ET İnstitutunun dəvəti ilə instituta səfər etdi. Səfər müddətində professor Song Weining institutun direktoru Cavanşir Təlai ilə görüşdü. C.M.Təlai qonağa institutda müxtəlif prioritet istiqamətlər üzrə tədqiqat işləri ilə alınan elmi nəticələr haqqında ətraflı məlumat verdi. Professor Song Weining təmsil etdiyi müəssisənin biotexnologiya və molekulyar biologiya sahəsində aparılan tədqiqatlar və əldə edilən elmi nailiyyətlərlə tanış etdi və Əkinçilik ET İnstitutu ilə elmi əməkdaşlığa maraqlı olduğunu bildirdi.

Sonda Əkinçilik ET İnstitutu ilə Çin Xalq Respublikasının Northwest A and F Universiteti arasında elmi əməkdaşlıq müqaviləsinin bağlanılması, gənclərin Çində müvafiq təkmilləşdirmə kurslarında təlim keçmələri qərara alındı.

 


Çinin Northwest  A and F Universitetinin professoru Əkinçilik institutuna səfər etdi Çinin Northwest  A and F Universitetinin professoru Əkinçilik institutuna səfər etdi Çinin Northwest  A and F Universitetinin professoru Əkinçilik institutuna səfər etdi