Şəkidə beynəlxalq ekspertin iştiraki ilə tütünçülüyə həsr edilmiş elmi-praktiki konfrans keçirildi

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Şəki Dayaq Məntəqəsinin birgə təşkilatçılığı ilə 18 iyul 2019-cu il tarixində Şəkidə “Tütünçülüyün Azərbaycanda İnkişaf etdirilməsi və beynəlxalq təcrübənin tətbiqinin perspektivləri”nə həsr edilmiş elmi-praktiki konfrans keçirildi. Konfransda Əkinçilik ET İnstitutunun, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin alim və mütəxəssisləri ilə yanaşı, bölgənin tütünçülüklə məşğul olan fermerləri, Şəki DAİM-in rəhbər və mütəxəssisləri, respublikada tütünün istehsalı və emalı ilə məşğul olan şirkətlər iştirak edirdilər. Konfransı giriş sözü ilə açan Şəki DAİM-in direktoru Mehman Yusifov kənd təsərrüfatının, xüsusən də onun tütünçülük sahəsinin ölkə iqtisadiyyatında strateji sahələrdən biri olduğunu, ümumi tütün əkinlərinin 90%-dən çoxunun Şəki-Zaqatala iqtisadi rayonunun payına düşdüyünü, cari təsərrüfat ilində Şəki rayonunda tütün əkini sahələrinin mövcud vəziyyəti, problemləri, bu sahədə qarşıda duran həlli vacib məsələlərə toxundu. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai “Azərbaycanda tütünçülüyün elmi əsaslarla inkişaf etdirilməsində Əkinçilik ET İnstitutunun qarşıda duran vəzifələri” mövzusunda çıxış etdi. O, çıxışında tütünçülüyə dair Dövlət Proqramında təsbit edilmiş tədbirlər planında İnstitutun qarşısında duran vəzifələrə, tütünçülük sahəsinin strateji istiqamətləri, tədqiqat prioritetləri, Əkinçilik ET İnstitutu ilə Fransanın Berjerak Toxum və Seleksiya Şirkəti arasında bağlanılmış elmi əməkdaşlığa dair müqavilənin müddəalarına toxundu.

“Azərtütün ASK” MMC-nin direktoru Ağamalıyev Cavid Azərbaycan Sənaye Korporasiyasına daxil olan “Azərtütün ASK” MMC-nin respublikanın şimal-qərb rayonlarında bazarın tələbinə uyğun olaraq əsasən ətirli “Virciniya” tipli tütün sortlarına daha çox üstünlük verdiyini, cari ildə quru tütün istehsalının proqnozlarına, təmsil etdiyi qurumun Şəki-Zaqatala iqtisadi rayonunda tütün emalı müəssisələrinin rəqabətqabiliyyətli tütün məhsulu istehsalındakı fəaliyyəti, tütünün tədarükü ilə əlaqədar fermerlərlə bağlanılmış müqavilələrdən və s. haqqında danışdı.

Tədbirin proqramına uyğun olaraq “Azərtütün ASK” MMC-nin baş aqronomu Hacı Hacıyev “Tütünçülüyün inkişafında innovativ texnologiyaların rolu”, Şəki Dayaq Məntəqəsinin direktoru Məjlum Şükürovun “Şəki DM-in tütünçülüklə bağlı elmi və təsərrüfat fəaliyyəti haqqında”, tütünçü alim Bəhlul Abbasovun “Tütün seleksiyası üzrə əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr” mövzularında çıxışları oldu.

Fransanın Berjerak Toxum və Seleksiya Şirkətinin mütəxəssisi, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ekspert qismində Azərbaycanda səfərdə olan Nikolas Fransois “Fransada tütünün seleksiyası və müasir standartlar” mövzusunda çıxış etdi. O, çıxışında fermerlərin yüksək reproduksiyalı tütün toxumları və şitilləri ilə təmin edilməsi üçün beynəlxalq standartlara uyğun toxumçuluq sisteminin qurulmasını, becərmə və qurutma texnologiyalarının aparılmasının vacibliyini, praktiki innovativ seleksiya metodlarının üstünlüklərini qeyd etdi.

Konfrans öz işini Şəki Dayaq Məntəqəsinin tarla şəraitində davam etdi. Burada onlar yerli və xarici tütün sortlarının nümayiş əkinləri ilə tanış oldular. Konfrans konstruktiv şəraitdə keçdi, mövzu ətrafında geniş müzakirələr aparıldı və fermerlərin sualları ətraflı cavablandırıldı.  


Şəkidə beynəlxalq ekspertin iştiraki ilə tütünçülüyə həsr edilmiş elmi-praktiki konfrans keçirildi Şəkidə beynəlxalq ekspertin iştiraki ilə tütünçülüyə həsr edilmiş elmi-praktiki konfrans keçirildi Şəkidə beynəlxalq ekspertin iştiraki ilə tütünçülüyə həsr edilmiş elmi-praktiki konfrans keçirildi Şəkidə beynəlxalq ekspertin iştiraki ilə tütünçülüyə həsr edilmiş elmi-praktiki konfrans keçirildi Şəkidə beynəlxalq ekspertin iştiraki ilə tütünçülüyə həsr edilmiş elmi-praktiki konfrans keçirildi Şəkidə beynəlxalq ekspertin iştiraki ilə tütünçülüyə həsr edilmiş elmi-praktiki konfrans keçirildi Şəkidə beynəlxalq ekspertin iştiraki ilə tütünçülüyə həsr edilmiş elmi-praktiki konfrans keçirildi